“Bu gün təqdim olunan məlumatlar, verilən təqdimatlar Hesabat Palatasının fəaliyyəti haqqında bizdə geniş təsəvvür yaradır”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. Onun sözlərinə görə, bu gün dünyada baş verən siyasi qeyri-müəyyənlik, mürəkkəb sosial bərabərsizlik cəmiyyətdə sosial inkişafa mənfi rol oynayır: “Bir çox hallarda cəmiyyət Ali Qurumların fəaliyyətini elə də qavramır yaxud da tam başa düşmür. Bu baxımdan Palatanın bu gün keçirdiyi hesabatda Milli Məclisə…
Daha çoxDay: April 15, 2025
Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Malayziya xarici işlər nazirinin müavini Mohamad Alamin ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan və Malayziya arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi və alternativ enerji, təhsil, turizm sahələri üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub. İki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin mövcudluğu qeyd olunub, bu istiqamətdə qarşılıqlı təmaslar və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətinə toxunulub. Azərbaycan-ASEAN münasibətlərinin təşviqi yollarının müzakirə olunduğu görüşdə, həmçinin digər beynəlxalq təşkilatlar, o…
Daha çox“Milli standartlaşdırma proqramı”nın formalaşdırılması işlərinə başlanılıb
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb. SİA xəbər verir ki, bu məqsədlə, standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram linki üzərindən müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər. Qeyd edək ki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət…
Daha çoxAzərbaycanda məxfi auditlərlə 3 milyon manata yaxın vəsait büdcəyə geri qaytarılıb
Hesablama Palatasının 2023-cü il üzrə audit planına uyğun olaraq məxfi rejimdə aparılan auditlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 3,8 milyon manatlıq bərpa tədbirləri müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Palatanın 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında bildirilir. Bildirilib ki, bu məbləğin 2,9 milyon manatı artıq dövlət büdcəsinə qaytarılıb. Qalan 0,9 milyon manatın bərpası isə davam etdirilir.
Daha çoxErmənilər düzələn “zad” deyil
Ermənistan hər keçən gün siyasi həyasızlığını artırır, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması səbəbindən beynəlxalq aləmdə pis imic qazandığını düşündüyümüz halda, əksinə bu qondarma ölkə sanki heç nə olmamış kimi davranır. Üstəlik, bir az da uzağa gedərək Azərbaycanla şərtlə danışmaq istəyir, bəzi beynəlxalq qurumlar qarşısında bizə qarşı iddialar qaldırır, özünü haqlı sayır. Sanki heç nə olmayıb, nə işğal, nə talan, nə onminlərlə azərbaycanlının öldürülməsi, nə bir milyondan artıq azərbaycanlya qarşı vandalizm aktı, onların öz torpaqlarından qovmaq, etnik təmizləmə aparmaq kimi vəhşi metodlardan istifadə. Xocalı, Malıbəyli, Kosalar, Ağdaban, Cəmilli soyqırımılarını,…
Daha çoxBakıda yağıntılı hava davam edir, dağlıq ərazilərdə qar yağır
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 16:00-a olan məlumatında bildirilib. Məlumata əsasən, düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın…
Daha çoxAzərbaycanda BOKT-ların kredit portfelinin tərkibi açıqlanıb
2024-cü ildə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 35 % (208 milyon manat) artaraq 808 milyon manat olub ki, bunun da əsas hissəsini istehlak kreditləri təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə sabitliyi hesabatı”nda bildirilib. Sənədə əsasən, hesabat dövründə istehlak kreditləri üzrə artım 41 % (150 milyon manat), ipoteka kreditləri üzrə artım 3,5 dəfə (31 milyon manat), biznes kreditləri üzrə artım isə 12 % (27 milyon manat) olub. Beləliklə, ötən ilin sonuna BOKT-lərin kredit portfelinin 63,4 %-i (512 milyon manat) istehlak kreditləri,…
Daha çox“Azərbaycanla Çin əməkdaşlığı daim yüksələn xətt üzrə inkişaf edir”
“Azərbaycanla Çin arasında daim dostluq və yaxın əməkdaşlıq münasibətləri olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti Çinlə həm siyasi, həm də iqtisadi baxımdan daim dərin əlaqələr qurub: “Xüsusilə də, Azərbaycan Prezidentinin Çinə səfəri və bir çox beynəlxalq platformalarda tədbirlər zamanı Çin lideri ilə görüşlər, aparılan qarşılıqlı müzakirələr, məsləhətləşmələr və qurulan təmaslar, ölkələrimiz arasında imzalanan bir çox iqtisadi xarakterli sənədlər, birgə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, Çinlə Azərbaycanın gələcəkdə də yüksək səviyyəli, perspektivli əməkdaşlığı mövcud olacaqdır. Xüsusilə də, nəqliyyat-kommunikasiya, yükdaşıma sahəsində…
Daha çoxAMB “Kapital bazarları” haqqında qanunvericilik paketi hazırlayır
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər “Kapital bazarları” haqqında qanunvericilik paketini həm Nazirlər Kabinetinə, həm də ölkə Prezidentinə təqdim etməyi planlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin sədrinin müşaviri Vüqar Əliyev bildirib. “Bu, kapital bazarlarında yeni bir mərhələ, metamarfozdur desəm yanılmaram. Kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir. Maliyyə bazarlarının digər sektorları da bu işə cəlb edilib”, – deyə o qeyd edib.
Daha çoxBələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.
Daha çox