Başqırdıstanın Tuymazinski xəstəxanasının neyrocərrahları iflic olmuş qızı ayağa qaldırıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Bashinform” agentliyi respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.
27 yaşlı rusiyalı qadın yol qəzasında yaralanıb və hadisədən cəmi 2 saat sonra tapılıb.
Xəstə onurğa sınığı, onurğa beyninin zədələnməsi və çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, sadalanan xəsarətlər qurbanın ayaqlarının hərəkətsiz qalması ilə nəticələnib.
Həkimlər briqadası əməliyyatı rentgen nəzarəti altında həyata keçirib, əməliyyat zamanı altı xüsusi implantdan istifadə edilib.
Görülən işlər nəticəsində rus qadınının motor funksiyaları bərpa edilib. İndi qız xəstəxanadan buraxılıb və reabilitasiyaya göndərilib.
Bundan əvvəl Velikiy Novqorodda tibb bacısı huşsuz vəziyyətdə pəncərədən keçəni görüb və onun həyatını xilas edib.
Nazlı Almuradova