Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək


Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib: “Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2 160-ə qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2 800-ə çatdırılması nəzərdə tutulur”.

O bildirib ki, Bakı-Sumqayıt istiqamətində 4marşrut açılıb: “Gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 minsərnişin daşınır”.

Əlaqəli Xəbərlər