Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib. SİA xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün şərait mövcuddur.

Əlaqəli Xəbərlər