Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəAnchorƏmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıqetdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasınasəfəri çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində görüşkeçirib. SİA xəbər verir ki, əmək bazarının inkişafı məsələlərinə həsr olunmuşgörüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalininsosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqətiicra edən Fərid Bağırzadə, təhsil naziri Elxan Nəcəfov və təhsilişçiləri iştirak edib.

Fərid Bağırzadə əmək bazarının mövcud vəziyyəti və busahədəki tendensiyaların təkmilləşdirilməsi istiqamətində Milli Observatoriya ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Observatoriya təhsil müəssisələrininməzunlarının əmək bazarındakı mövqeyini mütəmadi olaraqtəhlil edir və bu sahədə inkişafı dəstəkləyən təkliflər təqdimedir.

Ötən il peşə təhsili müəssisələrində dövlət sifarişi üzrəqəbul planının hazırlanması məqsədilə Təhsil Nazirliyininmüraciəti əsasında Observatoriya tərəfindən statistik analizlərvə proqnozlar aparılaraq, nəticələr təqdim olunub.

Elxan Nəcəfov isə Observatoriyanın həyata keçirdiyitəhlilləri yüksək qiymətləndirərək, əmək bazarının dinamikinkişafı, texnoloji yeniliklər və qlobal çağırışlar fonunda kadrhazırlığında bu məlumatların mühüm rolunu vurğulayıb.

Elnur Səfərli əmək bazarının cari tələbləri barədə danışıb. O qeyd edib ki, düzgün peşə seçimi fərdlərin təhsildən əmək bazarına uğurlu keçidində mühüm rol oynayır. Təhsil işçilərinin şagirdləri peşə yönümlü istiqamətləndirməsi gələcəkdə əmək bazarının kadr ehtiyacını qarşılamaqda mühüm rol oynayır və bu prosesə verilən dəstək əhəmiyyətlidir.

Sonda təhsil işçilərinin iştirakı ilə ictimai dinləmə keçirilib. Tədbir iştirakçılarına Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri təqdim edilib. Onları maraqlandıran suallar cavablandırılıb.

Əlaqəli Xəbərlər