Naxçıvanda bank əmanətləri 53 % artıb


Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 53,6 % artaraq bu il mart ayının 1-ə milli valyuta ekvivalentində 27 milyon 961 min 300 manat təşkil edib. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əmanətlərin 93,5 %-i milli, 6,5%-i xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 62,3 % artıb.

Əlaqəli Xəbərlər