Üsyançılar Sudanda “paralel hökumət” yaratdıqlarını elan ediblər

Üsyançı Çevik Dəstək Qüvvələrinin lideri Məhəmməd Həmdan Deqlu (Həmidti) Sudanda paralel “Sülh və birlik hökuməti”nin yaradıldığını elan edib. SİA “əş-Şarq əl-Avsət” saytına istinadla xəbər verir ki, silahlı qruplaşma “siyasi xartiya və keçid konstitusiyası” imzalayıb. Yeni sistemə əsasən, Sudanın bütün regionlarını təmsil edən 15 nəfərdən ibarət Prezident Şurası da təsis ediləcək. Qeyd edilməlidir ki, Sudanda 3 il davam edən vətəndaş müharibəsi nəticəsində on minlərlə insanın öldüyü bildirilir. Yüz minlərlə insan aclıqla üzləşib. 13 milyon nəfər qaçqın və köçkünə çevrilib. Üsyançı Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində Zəmzəm və Əbu Şuk məcburi…

Daha çox

Dağlıq ərazilərdə qar, Bakıda leysan müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur. Dağlıq ərazilərdə – Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır. Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır. Yaxın…

Daha çox

Ukraynanın NATO-ya gedən yolu dönməzdir

Ukraynanın NATO-ya gedən yolu dönməzdir, lakin heç kim Ukraynaya söz verməyib ki, Alyansa üzvlük sülh sazişinin tərkib hissəsi olacaq. SİA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalır: “Bu, Vaşinqton sammitinin nəticəsi idi. Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Və heç nə dəyişməyib”.

Daha çox

Bu gün Bakıda aramsız leysan yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar…

Daha çox

Qazaxıstan Çexiyaya uranın tədarükünə başlayacaq

“Kazatomprom” Milli Atom Şirkəti” SC və “ČEZ a. s.” Çexiya şirkəti Praqada Çexiyanın atom elektrik stansiyaları üçün Qazaxıstan təbii uran konsentratının tədarükünə dair müqavilə imzalayıb. SİA “Kazatomprom”a istinadla xəbər verir ki, saziş şirkətin Avropada mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsindən xəbər verir və onun qlobal uran bazarında mövqeyinin möhkəmlənməsinə kömək edir. Növbəti yeddi il ərzində Qazaxıstanın uran tədarükü “Temelin” AES-də istifadə olunan “Westinghouse” enerji qurğularının urana tələbatının təxminən üçdə birini ödəyəcək. Bu, Çexiyanın enerji təhlükəsizliyini gücləndirəcək və ölkənin təmiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində nüvə enerjisinin rolunu artıracaq. “ČEZ, a.…

Daha çox

Hər il 3 milyon uşaq bu səbəbdən ölür

Yeni araşdırma 2022-ci ildə antibiotik müqaviməti səbəbilə 3 milyondan çox uşağın həyatını itirdiyini ortaya çıxarıb. SİA xəbər verir ki, Avstraliyadakı Murdoch Uşaq Araşdırma İnstitutu və Clinton Health Access Initiative-nin mütəxəssisləri bildiriblər ki, Afrika və Cənub-Şərqi Asiyadakı uşaqlar bu təhlükə qarşısında xüsusilə həssasdır. Araşdırmalara görə, antibiotiklərə davamlı xəstəliklərin sayı son üç ildə 10 dəfə artıb. Bunun səbəbləri arasında antibiotiklərin nəzarətsiz istifadəsi və COVID-19 pandemiyası göstərilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, antibiotiklər yalnız ciddi hallarda istifadə olunmalı, əks halda bakteriyaların müqaviməti artacaq və alternativ müalicə yolları qalmayacaq. Eyni zamanda, yeni antibiotiklərin hazırlanması prosesinin…

Daha çox

Paşinyan müharibə ehtimalından danışdı

“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq – bunun üçün heç bir əsas yoxdur, sülh olacaq”. SİA xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. O deyib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir. Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.

Daha çox

Ərdoğan onlara xəbərdarlıq etdi

“Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək”. SİA İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib. O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: “Xüsusilə Suriya məsələsində bəzi aktyorlar Türkiyənin səbrinin müqavimətini sınamaq əvəzinə onun dostluğunu təqdir etməli, danışıq və siyasətlərini buna uyğun tənzimləməli, təşkilat kimi deyil, dövlət kimi davranmalıdır. Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək. Kim Suriyanın davamlı sülh və sabitliyə nail olmasına mane olarsa, bizi, eləcə də Suriya hökumətini qarşısında görəcək. Suriya 8 dekabr öncəsinə qayıtmayacaq. Bu tarixdən sonra ölkədə…

Daha çox

Qazaxıstan və Azərbaycan arasında ticarət münasibətləri

Cari ilin yanvar-fevral ayları ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 84 milyon dollar təşkil edib ki, bu da ölkənin hesabat dövrü ərzində ümumi ticarət dövriyyəsinin 0,4 faizinə bərabərdir. SİA Qazaxıstanın Milli Statistika Bürosuna istinadla xəbər verir ki, Azərbaycana ixrac həcmi 76.4 milyon dollar təşkil edib. Bu isə ümumi həcmin 0,7 faizidir. Azərbaycandan idxal həcmi isə 7,6 milyon dollar və ya ümumi həcmin 0,1 faizini təşkil edib.

Daha çox

Zelenski onları vəzifədən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinin rəhbəri Volodimir Artyuxu vəzifəsindən azad edib. SİA bu barədə UNIAN-a istinadən xəbər verir. Məlumata görə, Volodimir Artyux şəhərdə iri həcmli raket hücumu nəticəsində baş verən faciədə məsuliyyətsizlikdə ittiham olunub. Zelenskinin digər fərmanı ilə Luqansk vilayətinin rəhbəri Artem Lisoqor da vəzifəsindən azad olunub. Qeyd edək ki, aprelin 13-də Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətinə “İskəndər-M” raketi ilə zərbə endiriblər. Nəticədə 35 nəfər həlak olub, 15-i uşaq olmaqla 117 nəfər yaralanıb. Hücum ərəfəsində Sumıda hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı tədbir keçirən Volodimir Artyux hücum təhlükəsinə məhəl…

Daha çox