Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində “Yeni dünya nizamına doğru” sərlövhəli məqalə dərc edilib. SİA xəbər verir ki, Azərbaycan səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumundan bəhs edilib və bu tədbirin Azərbaycanın yeni qlobal düzənin formalaşmasında fəal iştirak edən subyekt kimi mövqeyini konseptual və simvolik şəkildə ortaya qoyduğu bildirilib. Yazıda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumda etdiyi çıxış yalnız region ölkələrinə deyil, həm də beynəlxalq…
Daha çoxDay: April 16, 2025
Netanyahu Qəzzanın şimalına səfər etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib. SİA xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb. Bildirilib ki, Netanyahu anklavın şimal hissəsinə baş çəkib. Baş naziri Qəzzada İsrailin müdafiə naziri İsrael Katz, ordunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaniv Asor, diviziya və briqada komandirləri müşayiət edib. Həmçinin Netanyahu müdafiə naziri və ordu komandanlığı ilə birlikdə Qəzzada yerləşən ehtiyatda olan və nizami ordunun döyüşçüləri ilə söhbət edib.
Daha çoxBu ərazilərə qar yağır
Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 00:00-a olan məlumatında deyilir. Düşən yağıntının miqdarı Qubada 50 mm (aylıq normanın 105 %-i), Qusarda 31 mm (aylıq normanın 65 %-i), Beyləqanda 30 mm (aylıq normanın 98 %-i), Ağdamda 27 mm (aylıq normanın 55 %-i), Lerikdə 26 mm (aylıq normanın 36 %-i), Xocalıda 25 mm (aylıq normanın 35 %-i), Zərdabda 24 mm (aylıq normanın 77 %-i), Oğuzda 24 mm (aylıq normanın 25%-i), Füzulidə 20 mm(aylıq normanın 37 %-i), Göyçayda 20…
Daha çoxİsrail qırıcısı səhvən öz təyyarələrini vurdu
İsrail təyyarəsi Qəzza zolağı ilə sərhədə yaxın Kibbutz Nir Yitzhak ərazisinə səhvən zərbə endirib və mərmi atıb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( İDF ) mətbuat xidməti məlumat yayıb. Hücum nəticəsində İsrail Hava Qüvvələrinə məxsus digər təyyarə səhvən vurulub. Xəsarət alan olmasa da, hadisə ilə bağlı araşdırma başlanılıb. Səbəb müvəqqəti olaraq texniki nasazlıq kimi müəyyən edilib.
Daha çoxHava onlar üçün əlverişsiz olacaq
Bu gün hava bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. “Aprelin 16-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir”, – məlumatda qeyd olunub.
Daha çoxDövlət büdcəsindən ən çox təhsil və mədəniyyət sahəsinə vəsaitlər ayrılır
“Dövlət büdcəsinin vəsaitlərinin həcmi hər il artır. O cümlədən qlobal iqtisadiyyatda da baş verən proseslər ölkəmizin daxili iqtisadiyyatının qurulması istiqamətində görülən işlər, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli sərf olunmasını tələb edir”. SİA xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu baxımdan Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinin müsbət qiymətləndirirəm. Hesablama Palatasının hesabatında hər bir istiqamət üzrə bir çox məsələlərə toxunuldu: “2023-2024-cü illərdə fəaliyyətlər arasında kifayət qədər…
Daha çoxUkrayna artıq ABŞ-ın hərbi yardımını görməyə bilər..?
Baydenin keçmiş müşaviri əsas problemləri təsvir edir… …Ukraynada müharibə tarixi dönüş nöqtəsinə yaxınlaşır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Şərqi Avropa və Ukrayna üzrə keçmiş direktoru (2021-2025) Devid Şimerin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyası kursu dəyişməsə, ABŞ-ın Ukraynaya hərbi yardımı tezliklə dayandırıla bilər. SİA-nın məlumatına görə “The Guardian” üçün yazdığı məqalədə o qeyd edib ki, Cozef Bayden prezidentliyinin son aylarında Ukraynanın həyati əhəmiyyətli silah ehtiyatlarının artırılmasına yönəlmiş bir sıra qərarlar qəbul edib. 2024-cü ilin sonuna kimi ABŞ Müdafiə Nazirliyi Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket…
Daha çoxBankların hüquqi şəxslərin depozitlərindən asılılığı azdır
Azərbaycan bankların hüquqi şəxslərin depozitlərindən asılılığı azdır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib. “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, hüquqi şəxslər hesablarındakı vəsaitləri nağdlaşdıra bilməz. Nəticə olaraq iqtisadi konyekturaya baxsaq bizdə hüquqi şəxslərin depozitlərindən aslılıq daha aşağıdır, nəinki digər bazarlarda”, – deyə o qeyd edib.
Daha çoxRusiya əsgərini “könüllü təslim olduğu” üçün həbs edib…
Hökm Yujno-Saxalinska çıxarılıb… …Rusiyada Yujno-Saxalinsk Qarnizonu Hərbi Məhkəməsi işğalçıya “könüllü təslim olmaq” ittihamı ilə hökm çıxarıb. O, 15 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb. SİA xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Deməli, “köhnə” hərbçi Roman İvanişin təslim olma, növbəti təslim cəhdi və fərarilik maddələri ilə təqsirli bilinib. O həmçinin, kiçik çavuş hərbi rütbəsindən məhrum edilib. …Müzakirələr zamanı prokuror İvanişinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi də öz növbəsində işğalçının ittiham olunduğu cinayətlərin sübuta yetirilmədiyini bildirərək ona bəraət…
Daha çoxİstehlak kreditləşməsinə yeni tənzimləmələr gətirilməsi planlaşdırılır
Azərbaycanda istehlak kreditləşməsinə yeni tənzimləmələrin gətirilməsi planlaşdırılır. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı işlər gedir.
Daha çox