2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxDay: April 16, 2025
Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, nazirin aprelin 18-də Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu aprelin 21-də keçiriləcək. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub. Vurğulanıb ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Daha çox“Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır”
“Azərbaycan – Çin əlaqələri dərin tarixə malikdir. Hələ 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında formalaşan mədəni və ticari əlaqələr sonrakı dövrdə də mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edib və möhkəmlənib. Bu gün iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalılıq və etimad prinsiplərinə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, hər iki ölkə bir-biri üçün olduqca önəmli tərəfdaşdır: “Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir, belə ki, ÇXR Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. Çox keçmədən isə, yəni, 2 aprel 1992-ci ildə iki ölkə…
Daha çoxUşaq paltarlarını necə yumaq olar?
Körpələrin dərisi çox həssas olduğundan onların paltarları da xüsusi qulluq tələb edir. Böyüklərin paltarı ilə yuyulmamaq, ağardıcı ilə təmasda olmamaq kimi bir çox detalı sadalayan Dermatologiya Mütəxəssisi Kubilay Yücel bu mövzuda analara xəbərdarlıq edir. Uşaq paltarları necə olmalıdır? SİA mövzu ilə bağlı araşdırma aparıb. Körpə dərisinin bu qədər həssas olmasının səbəbi Bunun səbəbi dərinin hələ də xarici faktorlara məruz qalmaması, dəridə yağ təbəqəsinin aşağı olması və bu səbəbdən dərinin xarici faktorlara qarşı qoruyucu təbəqəsinin tam formalaşmamasıdır. Məsələn, körpə dərisində regional keratin təbəqəsi inkişaf etməmişdir. Bu səbəbdən uyğun olmayan geyimlər dəridə…
Daha çoxBirbankdan möhtəşəm yaz kampaniyası
Birbankdan möhtəşəm yaz kampaniyası
Daha çoxBTQ-nin təşkil etdiyi beynəlxalq konfransda müstəmləkəçiliyin tanınması ilə bağlı petisiya başladılıb
Aprelin 15-i BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə birgə təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” konfransının iştirakçıları tədbirin sonunda müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi ilə bağlı petisiya başladılıb. SİA xəbər verir ki, petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminatların ödənilməsini tələb edilib. Müstəmləkə rejimlərinin siyasətinin on milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və ciddi sosial-iqtisadi böhranlara səbəb olduğu, müstəmləkə idarəçiliyinin fəsadlarının bu gün də davam etdiyi qeyd edilib. Əsrlər boyu müstəmləkə imperiyalarının işğal etdikləri…
Daha çoxZaqatalada Səyyar ASAN xidmətə 142 mindən çox müraciət daxil olub
Zaqatala rayonunda ümumilikdə 49 dəfə Səyyar ASAN xidmət avtobusu vasitəsilə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində 142 mindən çox vətəndaş müraciəti daxil olub. SİA-nın məlumatına görə, bu barədə Zaqatalada fəaliyyət göstərən Səyyar ASAN avtobusu ilə bağlı rayona təşkil olunan mediaturda bildirilib. Qeyd edilib ki, səyyar ASAN xidmət avtobusu cari ilin 3 aprel tarixindən Zaqatala rayonu, Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycanın Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət…
Daha çoxYağışlı hava nə vaxta kimi davam edəcək?
Aprelin 15-dən 16-na keçən gecədən başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən leysan xarakterli yağışın günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. Onun sözlərinə görə, şimşək çaxacağı ehtimalı var: “Gözlənilən intensiv və güclü yağışla əlaqədar olaraq Abşeron yarımadasının bəzi ərazilərində su basma halları istisna olunmur. Aprelin 17-i səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir. Bölgələrdə də yağıntıların intensivləşəcəyi və aramsız olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacaq. Əlverişsiz hava şəraiti qərb rayonlarda aprelin 17-i gecəyədək, şərq rayonlarında isə…
Daha çoxBTQ-nin təşkil etdiyi beynəlxalq konfransın yekun sənədi qəbul olunub
Aprelin 15-i BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” konfransının iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul edilib. SİA xəbər verir ki, sənəddə kolonializmin dünya miqyasında bərpa edilməsi mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb edilməkdən imtina etmələri qətiyyətlə pislənilib. Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanıb, onların Qvadelupa, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sin-Marten və digər əraziləri əsarət altında saxlamaqda davam etdiklərini…
Daha çoxİnsanlar məhərəmmlik ayında toy və şənliklər edə bilər?
“Məhərrəm ayı gəldiyi zaman xalqımızın adət-ənənəsi var və eyni zamanda milli-mənəvi dəyərlərini böyük ehtiramı var. Məhərrəm ayı daxil olduğu gündən, səfər ayı çıxana qədər yəni iki ay müddətində insanlar toy və şənliklər edə bilməzlər”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib. Onun sözlərinə görə, məhərrəmlik ayında insanlar ona görə toy və şənlik etməməlidirlər ki, bu ayda Hz.İmam Hüseyn əleyhissəlamın və onun sevən əhli-beytinin şəhid olduğunu görürük: “Hz.İmam Hüseyn əleyhissəlamın şəxsi mənfəəti üzərində canını qurban verməyib, İslam yolunda, din yolunda, dəyərlər…
Daha çox