BP və tərəfdaşlarının Azərbaycanda əməliyyatçısı olduğu ixrac boru kəmərləri boyunca yerləşən icmaların inkişafına yönəlmiş daha üç sosial layihə uğurla başa çatıb. SİA xəbər verir ki, layihələr BP və tərəfdaşlarının yerli icmaları dəstəkləmək və ölkənin təhsil və texnologiya sahəsində inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir. Bu üç layihənin uğurla başa çatmasını qeyd etmək üçün BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP və tərəfdaşlarının bir qrup nümayəndəsi ilə birlikdə aprelin 14–16-da Kürdəmir, Gəncə və Tovuza səfər edib. B. Aslanbəyli bildirib ki, BP və tərəfdaşları boru kəmərləri boyunca güclü və dayanıqlı icmaların…
Daha çoxDay: April 16, 2025
Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr daha böyük coğrafiya üçün böyük önəm daşıyır
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.
Daha çox“Çoxuşaqlı ailələr sanki cəmiyyətin bir mikro modeli kimi olur”
“Uşaqların sosiallaşması üçün ən münasib mühit ailə mühitidir”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib. “Ailə mühitində də, şübhəsiz ki, sosial bağlar, sosial əlaqələr mühüm rol oynayır: “Bu baxımdan psixoloqlar öz araşdırmalarında təsdiq edirlər ki, ailə mühitində uşağın normal sosiallaşması üçün ailədə üç uşağın olması daha adekvatdır. Çünki uşaq özünü başqa uşaqla müqayisə etmə fonunda formalaşır. Sanki bir-birinə güzgü tuturlar. Ona görə, uşaqların sosiallaşma mühitinin adekvat olması üçün Avropa, Qərb psixoloqları tərəfindən üç uşaq ailədə tövsiyə olunur. Bizim də müşahidələrimiz onu deməyə əsas verir ki, çoxuşaqlı ailədə böyüyən uşaqlar…
Daha çoxKOBİA klasterləşmə təşəbbüsü olan sahibkarlara müraciət edib
Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərindən, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) göstərdiyi müxtəlif dəstək və xidmətlərdən faydalana bilərlər. SİA xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. Məlumata görə, KOBİA-dan “KOB klaster şirkəti şəhadətnaməsi” almış sahibkar 7 il müddətinə mənfəət və yaxud gəlir, torpaq və əmlak vergilərindən tam azad olunur, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur, KOB klasterinin iştirakçısı olan sahibkarların KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət…
Daha çoxAzərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çox“Travmalar bizi gücləndirə və qorxuya da çevirə bilər”
“Uşaqlıq və gənclik dövrlərində yaşadığımız travmalar, həyatımıza düşündüyümüzdən daha çox istiqamət verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. Onun sözlərinə görə, xüsusilə peşə seçimi – yəni kim olmaq, hansı sahədə işləmək istədiyimiz – bu travmalarla birbaşa və ya dolayı yolla əlaqəli ola bilər: “Bəs bu əlaqə necə yaranır? Travma dedikdə yalnız fiziki və ya böyük emosional sarsıntılar nəzərdə tutulmur. Bəzən diqqətsizlik, sevilməmək hissi, davamlı tənqid olunmaq kimi “görünməyən” travmalar da insanın iç dünyasında dərin iz buraxa bilər. Belə hallar insanın özünüqiymətləndirməsinə, bacarıqlarına və gələcək gözləntilərinə təsir…
Daha çoxDSMF-yə yeni sədr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri təyin edilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Zəka Mirzəyev 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub. Xatırladaq ki, DSMF-nin keçmiş sədri Himalay Məmişov Prezidentin müvafiq sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.
Daha çoxPaytaxt yollarında, metroda və qatarlarda SON VƏZİYYƏT AÇIQLANDI – QURUMLARDAN AÇIQLAMA
Paytaxt yollarında, metroda və qatarlarda SON VƏZİYYƏT AÇIQLANDI – QURUMLARDAN AÇIQLAMA
Daha çoxHərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti diqqət mərkəzindədir
Müdafiə Nazirliyinin (MN) Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən müxtəlif bölmələrdə xidmət edən gənc əsgərlərlə görüşlər keçirilib. Bu barədə SİA-ya MN-in mətbuat xidmətindən bildirilib. Tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə milli-mənəvi dəyərlərimizin təbliğinə, mənəvi-psixoloji vəziyyətin, sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilib. Keçirilən görüşlərdə hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin normalara uyğun keyfiyyətli qidalanması, xidmət prosesində şəxsi heyətin sağlamlığının qorunması məqsədilə təhlükəsizlik qaydalarına düzgün əməl olunması məsələləri diqqət mərkəzində olub. Görüşlər zamanı hərbi…
Daha çoxReklam yoxsa əxlaqsızlıq? – SOSİOLOQ ŞƏRH ETDİ
Reklam yoxsa əxlaqsızlıq? – SOSİOLOQ ŞƏRH ETDİ
Daha çox