“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq – bunun üçün heç bir əsas yoxdur, sülh olacaq”. SİA xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. O deyib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir. Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.