“Kazatomprom” Milli Atom Şirkəti” SC və “ČEZ a. s.” Çexiya şirkəti Praqada Çexiyanın atom elektrik stansiyaları üçün Qazaxıstan təbii uran konsentratının tədarükünə dair müqavilə imzalayıb. SİA “Kazatomprom”a istinadla xəbər verir ki, saziş şirkətin Avropada mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsindən xəbər verir və onun qlobal uran bazarında mövqeyinin möhkəmlənməsinə kömək edir.
Növbəti yeddi il ərzində Qazaxıstanın uran tədarükü “Temelin” AES-də istifadə olunan “Westinghouse” enerji qurğularının urana tələbatının təxminən üçdə birini ödəyəcək. Bu, Çexiyanın enerji təhlükəsizliyini gücləndirəcək və ölkənin təmiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində nüvə enerjisinin rolunu artıracaq.
“ČEZ, a. s.” Mərkəzi Avropanın aparıcı enerji şirkətidir və nüvə enerjisinin inkişafında əsas rol oynayır.