Türkiyənin Kahramanmaraş vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Bakı vaxtı ilə 06:04-də Nurhak rayonunda baş verən zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.