Ukraynanın NATO-ya gedən yolu dönməzdir, lakin heç kim Ukraynaya söz verməyib ki, Alyansa üzvlük sülh sazişinin tərkib hissəsi olacaq. SİA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. O qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalır: “Bu, Vaşinqton sammitinin nəticəsi idi. Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Və heç nə dəyişməyib”.