…Və əgər arvad ərindən daha çox qazanırsa..?





Necə düşünürsünüz belə evlilik güclüdürmü?



…Müasir dünyada klassik fikirlərdən çoxdan fərqlənən müxtəlif nikah formaları mövcuddur.

Bəzən qadınlar hətta analıq məzuniyyətində belə evdə oturmur və karyera qurmağa davam edir, bəzən ərlərindən daha çox pul qazanırlar.

…Necə düşünürsünüz, bəzi iddialara görə, qadın kişidən daha çox qazandıqda, guya evlilik etibarlı olur,.. ancaq müəyyən şərtlər daxilində.

Deyim ki, burada adamı “yıxan” da bu “ancaq”dır..?

…Etiraf edilməlidir ki, bu gün belə evliliklər az deyil.

Deyilənlərə görə, qadının daha çox qazandığı xoşbəxt nikahın birinci şərti kişidə özünə hörmətini ailənin və qadının hesabına dərk etmədiyi zaman adekvat…özünə hörmətdir.

Bir çox kişilər əmindirlər ki, cins tiplərinə görə onlar “a priori” (təcrübədən əvvəl və ondan asılı olmayaraq əldə edilmiş biliklər kimi qəbul edilir-A.B.) çörək qazanırlar…

…Hə, bunu özünü bu sahə üzrə ekspert adlandıran biri deyir.

…Kişilərdə çox vaxt belə bir düşüncə var ki, pul qazanmaq və ailəni dolandırmaq yalnız onların payıdır. O, əsas funksiyasını yerinə yetirə bilməyəndə ilk növbədə ailə başçısı kimi özünə olan hörməti əziyyət çəkir..?

Kişi pul qazanmalıdır!

SİA olaraq təsdiq edirik: tanış deyimdir. Əslində qadınlardan da tez-tez belə bir fikirlər eşidirik, amma…

…Bir qayda olaraq, çox qazanan qadınlar sevimli peşəsində inkişaf edən, özünü reallaşdıran qadınlardır. Onlar təkcə ailədə deyil, işdə də həyata keçirilir. Təbii ki, kişiyə pul qazanan adam kimi baxılır, amma onun vasitəsi ilə pul qazanan adam kimi görünmür. Belə qadınlar üçün ailə kişinin dolandırdığı və pul qazandığı birlikdən başqa bir şeydir..?

Deyim ki, bu fikri rusiyalı psixoloq bildirir. Nə deyim, yəqin bu məsələyə rus metalitetilə yanaşır?

Amma “bədbəxtçilik” ondadır ki…

…Müasir inanclı ailələr bir-biri ilə danışıq aparmağı bilirlər. Onlarda kişi asanlıqla ev işlərini görə bilər, hətta “analıq məzuniyyətinə” də gedə bilər. Arvadın ərindən daha çox qazandığı ailələrdə kişi/qadın bölgüsü aydın deyil; hər şeyi razılaşma yolu ilə edirlər.

…Və iddialara görə, belə ailələr kifayət qədər möhkəmdir?

…Yenə də və belə ailələrdə klassik ailələrə nisbətən daha az konflikt olur?

Əslində bu, iki bərabər ailə üzvünün birliyidir.

Onların bir-birindən asılı münasibəti yoxdur..?

Deyilənlərə görə, guya psixologiyada bu, sağlam münasibət hesab olunur.

Asılı münasibət insanın öz istəklərinin başqasının hesabına reallaşmasıdır.

…Nə bilim, Vallah!

Amma mən biləni bizim mentalitet həmişə belə olub: kişi pul qazanıb, qadın isə ev işləri ilə məşğul olub.

…Demirəm, qadın da işləyə bilər, amma evə əsas gəliri kişi gətirməlidir, qadın isə bu gəlirə sadəcə olaraq “yardımçı” ola bilər..?

Yenə də nə bilim, Vallah!

Əli Babayev

Əlaqəli Xəbərlər