ABŞ Yəmənin paytaxtına hava zərbələri endirdi


ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib. SİA xarici mediaya istinadən xəbər verir ki, paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirmişdi.

Əlaqəli Xəbərlər