Biz gecə vaxtı ərazimiz üzərində 71 Ukrayna PUA-nı vurduq


Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 71 pilotsuz uçuş aparatının (PUA) Rusiya bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada 71 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 49-unun Kursk, 7-nin Orlov, 7-nin Ryazan, 4-nün Bryansk, 3-nün Vladimir, 1-nin Tula vilayəti üzərində vurulduğu bildirilib. Ukrayna ordusu vaxtaşırı dronlardan istifadə etməklə Rusiya ərazilərinə hücumlar təşkil edir.

Əlaqəli Xəbərlər