Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərdinə, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır.
“Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqruma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.