“Gürcüstanın son illər ərzində müstəqil siyasət yürütməsi təqdirəlayiqdir”


“Azərbaycan və Gürcüstan arasında dostluq strateji tərəfdaşlıq mövcuddur və ildən- ilə bu münasibətlər daha da inkişaf eləyir. Bizim ortaq maraqlarımız bölgənin inkişafı ilə bağlı konkret vizyonumuz və prinsiplərimiz mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Gürcüstanın da, son illər ərzində müstəqil siyasət yürütməsi təqdirəlayiqdir: “Baxmayaraq ki, müxtəlif güc mərkəzləri Gürcüstanın siyasi elitasına təsir etmək üçün əlindən gələni etdilər. Xarici Agentlər haqqında qanun çətinliklə də olsa qəbul olunub. Bununla bağlı prezident seçkilərinin keçirilməsi böyük ziddiyyətlərlə olsa da, hakimiyyət siyasi iradə nümayiş etdirdi. Sonuncu seçkilərdə Gürcüstanda olan soydaşlarımızda fəal iştirak etdi. İki tərəfli münasibətlərə təsir edən amillərdir.

Bölgədəki nəqliyyat və enerji siyasətinin formalaşması komunikasiya əlaqələrinin inkişafında da Bakı və Tiblisi rol oynayır. Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı- Tiblisi- Qars dəmiryolu xətti, eləcə də Cənub Qaz dəhlizinin ən önəmli başlanğıc seqmenti hesab olunan Bakı- Tiblisi- Ərzurum qaz kəmərinin istifadəyə verilməsi böyük tarixi naliyyətdir. Dünyada gedən proseslər fonunda enerji və nəqliyyat məsələlərinə ciddi diqqət ayrılır. Azərbaycanın prinsipal mövqeyi dövlət başçımızın siyasi iradəsi sayəsində mümkün olmuşdur. Gürcüstan prezidenti Mixail Kavelaşvili Azərbaycana səfəri onun xarici ölkələrə ilk səfəridir və buda Gürcüstan prezidentinin Azərbaycana verdiyi dəyər kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu rəmzi əlamət daşıyan səfər ikitərəfli münasibətlərdə yeni bir səhifənin başlanğıcı olacaqdır.

Əlaqəli Xəbərlər