…“Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan Fransa prezidenti Emmanuel Makronu Ukraynanın deyil, ölkəsinin problemləri ilə məşğul olmağa çağırıb.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti TF1-ə istinadən xəbər verir.
Siyasətçinin sözlərinə görə, Paris artıq Ukraynaya yardıma azı 15 milyard avro xərcləyib, baxmayaraq ki, bu pul Fransanın təhlükəsizliyinin təmin edilməsinə sərf oluna bilərdi.
O, həmçinin xatırladıb ki, hazırda Fransada həbsxana nəzarətçiləri həbsxanalarda yer çatışmazlığı səbəbindən tətilə başlayıblar.
Düpon-Aignan Makrona bu problemə də diqqət yetirməyi tövsiyə edib.
…Fransa Ukraynaya 15 milyard avro ayırıb. Bu 15 milyard Marseldə asayişi bərpa etmək üçün daha faydalı xərclənərdi. Kiyevlə işləməmişdən əvvəl Makron Marseldə işləri qaydaya salsın.
Bunu da fransalı partiya lideri bildirib.
Əli Babayev