Sloveniyanın faşizm əsarətindən qurtulması və faşizm üzərində qələbəyə aparan yolda ölkəmizin qəhrəmanı Mehdi Hüseynzadə bu hərakatda fəaliyyətini tam şəkildə etmiş, özünü qurban vermişdir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bununla da 80 il bundan qabağa dayanan münasibətlərin körpüləri yarandı. Həmçinin İkinci Dünya müharibəsinin başa çatmasının 80 illik yubileyində Sloveniyanında qeyd etdiyinin şahidiyik. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Bu halı Sloveniyaya gedən bir çox nümayəndə heyətimizdə müşahidə edib. Bu istiqamətdə məmnunluğumuzu bildirmək istəyirəm. Bu gündə xanım nazir Azərbaycana səfəri çərçivəsində Mehdi Hüseynzadənində abidəsini ziyarət etmişdir. Bununla da onun irsinə və abidəsinə öz hörmətini ifadə etmişdir.