İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir. Qalib şirkətə 38 940 manat ödəniləcək. İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.

Daha çox

Əmtəə bazarlarında qızıl 3 350 dollardan yuxarı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,15% artaraq 3 351,27 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,27% azalaraq 32,56 ABŞ dollarına bərabər olub.

Daha çox

Milli Məclisin sədri Rusiyaya səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, “Pulkovo” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, deputat Andrey Ələsgərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB…

Daha çox

Şəhid Əsəd Həsənovun abidə kompleksinin açılışı olub

16 aprel 2025-ci il tarixdə Ağdam rayonu ərazisində, Vətən müharibəsində şəhid olmuş kapitan Həsənov Əsəd Fərhad oğlunun adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə şəhid ailələri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları və digər qonaqlar iştirak edib. Abidə kompleksinin açılışında çıxış edən Səfa Ağayev bildirib ki, şəhidlər əzəli torpaqlarımızın azadlığı, gələcək nəslin rahat yaşaması, ölkənin ərazi bütövlüyünün təminatı üçün canlarından keçdilər, tarix yazdılar. Onların hər birinin adları, xatirələri qəlbimizdədir. Dövlətimiz hər zaman şəhid ailələrinin…

Daha çox

Dünya bazarlarında neftin qiyməti artır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 1,17% artaraq 1 barelə görə 66,62 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,46% artaraq 63,38 ABŞ dollarına bərabər olub.

Daha çox

Qrossi İranı BAEA ilə əməkdaşlığa çağırıb

Tehran nüvə proqramının dinc xarakter daşıdığını sübut etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq etməlidir. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündən sonra agentliyin baş direktoru Rafael Qrossi deyib. “Agentliklə əməkdaşlıq diplomatiyanın böyük ehtiyac olduğu bir vaxtda İranın nüvə proqramının dinc xarakter daşıdığına dair tutarlı sübutlar təqdim etmək üçün lazımdır”, – o, “X” hesabında yazıb. Qeyd edək ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib.

Daha çox

Van Damm Putinə müraciət etdi

Məşhur aktyor Jan Klod Van Damm Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Rusiyaya gələrək sülh səfiri olmaq istədiyini bildirib. “Biz Rusiyaya gəlmək istəyirik. Çalışacağıq ki, hər şeyi sizin (red.-Vladimir Putin) istədiyiniz kimi edək. Mən sülh səfiri olmaq istərdim. Belə bir titula sahib olmaq böyük şərəf olardı”, – aktyor müraciətində qeyd edib.

Daha çox

Bakının bir çox yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi…

Daha çox