Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Daha çoxDay: April 17, 2025
Qızılın qiymətində yeni rekord
Qızılın qiymətində yeni rekord
Daha çox“Qazprom” paltaryuyan maşın və soyuducu istehsal etməyə başlayıb..?
Rekord itkilər verərək, Avropa bazarını itirən şirkət bu yolu seçib..? …Məlum olduğu kimi, Ukraynaya hərbi müdaxilə etdiyi üçün Qərb ölkələrindən iqtisadi sanksiyalar alan Rusiyanın “Qazprom” şirkəti rekord itkilər verərək, Avropa bazarını itirib. SİA-nın məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi öz Telegram kanalında xəbər verir ki, konserni mövcud vəziyyətdən çox konkret çıxış yolu tapıb: “Bosch” konserninin “özgəninkiləşdirdiyi” zavodlardan istifadə edərək paltaryuyan maşın və soyuducu istehsal etməyə başlayıb. …Qazprom Almaniyanın “Bosch” konserninin “sıxılmış” istehsal güclərindən istifadə edərək soyuducu və paltaryuyan maşınlar…
Daha çoxRostov imamı Məhəmməd Bikmayevə sui-qəsd edilib
…Naməlum şəxslər Rostov vilayətinin baş imamı Məhəmməd Bikmayevin evinə molotov kokteyli olan butulka ataraq yandırmağa cəhd ediblər. SİA-nın məlumatına görə, AiF xəbər verir ki, xoşbəxtlikdən yanğın tez bir zamanda söndürülüb və xəsarət alan olmayıb. Qeyd edək ki, Bikmayev Rostov-na-Donuda, Türküstanskaya küçəsində, məsciddən 190 metr aralıda yaşayır. Axşam saat 10 radələrində ev sahibi evdə olarkən hücum edən şəxs ora “Molotov kokteyli” ataraq gözdən itib. Onu da qeyd edək ki, Məhəmməd Bikmayev ötən il iyunun 16-da istintaq təcridxanasında girov götürülərkən terrorçularla danışıqlar aparması ilə tanınır. Həmin gün 6 nəfər növbətçi məntəqəyə soxularaq…
Daha çoxStrateji Yanaşma və Qlobal Çağırışlar Fonunda Yeni Perspektivlər
2025-ci ilin 9 aprel tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi bir sıra fikirlər, xüsusilə də “Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik” bəyanatı, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və prioritetlərini bir daha ortaya qoydu. Bu fikir sadəcə diplomatik ritorika deyil, eyni zamanda ölkəmizin müstəqillik qazandığı gündən bəri apardığı xarici siyasət kursunun davamlı və düşünülmüş şəkildə həyata keçirildiyini göstərir. Azərbaycan, yerləşdiyi geosiyasi mövqe baxımından tarixən bir çox güc mərkəzlərinin maraq dairəsində olub. Bu…
Daha çox2050-ci ilə qədər Maldiv adaları və Vyetnam su altında qalacaq?
…Tarixdə qeydə alınan ən yüksək temperatur mart ayında qeydə alınıb. Eyni zamanda alimlər Şimal qütbündəki buzlaqların sürətlə əriməyə başladığını aşkar ediblər. Meteoroloji müşahidələrin bütün dövründə indiyə qədər qeydə alınan ən yüksək temperatur qeydə alındığı üçün bu ilin mart ayı rekord qırdı. Alimlər bu cür iqlim dəyişikliklərinin buzlaqların sürətlə əriməsinə səbəb olacağından ehtiyat edirlər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Şimal qütbündə buz örtüyünün səviyyəsi artıq rekord minimuma çatıb. …Bu, sürətlənmiş ərimənin nəticəsidir. Alimlər müəyyən ediblər ki, Yer səthinin 10 faizini tutan buzlaqlar hər il təxminən 9 min giqaton örtüyü…
Daha çoxNazirliklər arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib. Tədbirdə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşları, Azərbaycan və İranın xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti…
Daha çoxHindistan silah bazarında Rusiyanı əvəz etmək qərarına gəlib..?
Hindistanın ilk “uğurlarından” biri Ermənistandır..? …Deməli, son beş ildə dünya bazarına Rusiya silah tədarükünün 64 faiz azalması Hindistan üçün yeni imkanlar açıb. Hindistanın baş naziri Narendra Modi ölkəni təkcə iPhone deyil, həm də silah istehsal edən qlobal fabrikə çevirmək istəyir. Hindistanın bazarı Rusiyadan götürməsi və ənənəvi müştərilərinə mərmi, raket, vertolyot və döyüş gəmiləri satması ehtimalı yüksəkdir. SİA “The Moscow Times”ə istinadən yazır ki, Dehli ixrac strategiyasında Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiya ölkələrinə diqqət yetirir. …Hindistan silah satışının genişləndirilməsi proqramının bir hissəsi olaraq…
Daha çox“Çin onlarla deyil, bizimlə razılaşmalıdır…”
Trampın mətbuat katibi topun Çinin meydanında olduğunu deyir… …ABŞ prezidenti Donald Tramp Çinin ticarət razılaşması üçün ona yaxınlaşmasını istəyir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Trampın mətbuat katibi Caroline Levitt media brifinqində deyib. …Top Çinin meydançasındadır. Çin bizimlə müqavilə bağlamalıdır. Onlarla razılaşmaq bizdən asılı deyil. Qeyd edək ki, Levitt bunu prezidentin sözlərindən sitat gətirib. Bəyanatda deyilir ki, ABŞ Çin və heç bir başqa ölkə arasında fərq qoymur və Çinin irəli addım atmasını gözləyir. …Bizim üçün Çinlə başqa bir ölkə arasında heç bir fərq…
Daha çox“Azərbaycanla Gürcüstan Cənubi Qafqazda əhəmiyyətli ölkələrdir”
“Gürcüstan Azərbaycanla ilk növbədə eyni coğrafi regionda – Cənubi Qafqaz regionunda yerləşir. Nəzərə almaq lazımdır ki, Qafqaz dünyanın ən əhəmiyyətli və ən həssas yanaşdığı regionlardan biridir. Cənubi Qafqazın Qərbdən giriş qapısı Gürcüstan hesab olunursa, ümumilikdə Cənubi Qafqazın əsas dövləti, dominant qüvvəsi, gücü və coğrafi baxımından Cənubi Qafqazın şimaldan cənuba, şərqindən qərbinə yerləşən dövləti Azərbaycandır. Eyni zamanda Mərkəzi Asiyaya, Uzaq Şərqə doğru açılan və oradan gələn qapı da Azərbaycandır”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, bu baxımdan Azərbaycanla Gürcüstanın Cənubi…
Daha çox