Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib. SİA xəbər verir ki, sənəd bu il yanvarın 16-da Bakıda imzalayıb. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərməlidir.
Daha çoxDay: April 17, 2025
“İnkişafa hesablanan səfər strateji tərəfdaşlığın əyani nümunəsidir”
“Mixail Kavelaşvilinin prezident seçildikdən sonra ilk səfərini ölkəmizə etməsi Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının əyani nümunəsidir. İki dövləti uzun illər nəinki siyasi–iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik əlaqələri, bu sahələrdə sıx əməkdaşlıq, eləcə də tarixi köklər, dostluq və qardaşlıq münasibətləri birləşdirir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” müqavilə ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində və dostluq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malikdir. “Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilis-Ərzurum və TRASEKA kimi enerji,…
Daha çoxİlham Əliyev Çinin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev aprelin 17-də ÇinİN Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlətimizin başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri – siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğuladı.…
Daha çoxBizim işçi qrupu ticarət dövriyyəsini nəzərdən keçirəcək
“Mən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Bu ölkəyə ilk dəfədir ki, rəsmi səfər edirəm. Bu çox gözəl fürsətdir ki, iki ölkə arasında əməkdaşlığı genişləndiririk”. SİA xəbər verir ki, bunu Sloveniya Xarici İşlər Naziri və Avropa İşlər Naziri Tanya Fayon qeyd edib. Onun sözlərinə görə, bizim işçi qrupu ticarət dövriyyəsini nəzərdən keçirəcək. Biz yaxın zamanlarda enerji sahəsində anlaşma memorandumu imzalamışıq. Həmçinin keçən dəfə enerji naziri Bakıda olmuşdur. Biz bir çox məsələlərdə dostluq münasibətlərinə sahibik. Yalnız enerji sahəsində deyil, həmçinin su stansiyalarının tikilməsi, turizm sahələrimizi inkişaf etdirmək çox vacibdir. Bununla yanaşı beynəlxalq…
Daha çox"Minsk qrupu artıq tarix olub" – XİN RƏHBƏRİ
“Minsk qrupu artıq tarix olub” – XİN RƏHBƏRİ
Daha çoxARDNF I rübdə AÇG-nin işlənməsindən 38 %-dən çox gəlir əldə edib
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 2 milyard 001,6 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Məlumata görə, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 553,8 milyon ABŞ dolları və yaxud 38,2 % çoxdur. Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay…
Daha çoxİlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edilib. Dövlət başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini deyib. Görüşdə ölkənin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunulub və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin…
Daha çox“İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki qurumlarda dövlət büdcəsi vəsaitlərinin xərclənməsi və əmlakın idarə olunması zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Auditin nəticələrinə əsasən, İdarə dövlət sifarişi üzrə büdcə tələbatını “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın tələblərinə əməl etmədən hesablayıb. Belə ki, bölmәlәr üzrә müvafiq olaraq 1 735 336 manat vә 863 661 manat vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilib, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320…
Daha çoxErməni həmkarımla görüşü kifayət qədər faydalı hesab edirəm
Azərbaycan hər zaman dialoqun, məsələlərin müzakirəsinin tərəfdarıdır. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın Ermənistanla intensiv təmasları olub və bu təmaslar davam edir: “Antalya Diplomatiya Forumunun imkanlarından istifadə edərək erməni həmkarımla ikitərəfli görüşüm baş tutdu, görüşü kifayət qədər faydalı hesab edirəm. Hər hansı görüş məsələləri həll etmək imkanı verməsə də, tərəflərin mövqeyini, arqumentlərini, əsaslandırmalarını daha detallı şəkildə müzakirə etmək fürsəti verir. Buna görə qiymətləndirməm ondan ibarətdir ki, bu görüş…
Daha çoxToyda artıq qalan yeməklərin sonrakı aqibəti necə olur?
“Toy sahibləri tez-tez mənə şikayət edirlər ki, toydan qalan yeməklər onlara verilməyib”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Halbuki, onlar toyxana sifariş verərkən elə düşünürlər ki, hər şey onların tələblərinə uyğun təşkil olunacaq və xidmətin məqsədi məhz toyun yaxşı keçməsini təmin etməkdir. Ancaq reallıq tam fərqlidir. Toyxanalarda hər şey elə bir sistemlə qurulub ki, əsas məqsəd insanların mümkün qədər tez məkanı tərk etməsidir. Ofisiantlar elə xidmət göstərirlər ki, görünüşdə hər şey qaydasındadır, amma əslində yeməklər tez bir zamanda lazımi…
Daha çox