Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 393 müraciət daxil olub. SİA İqtisadiyyat Nazirliy yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 88 %-ni ərizələr, 12 %-ni şikayətlər təşkil edib. Onların 95,7 %-nin baxılması dövr ərzində başa çatdırılıb, 4,3 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,2 %-i həll olunub, 3,7 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib. Rüb ərzində yerli Dövlət Vergi Xidmətində vəzifəli şəxslər ümumilikdə 87 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni…
Daha çoxDay: April 17, 2025
regional sabitlik və qlobal əhəmiyyətə doğru
Azərbaycan həm qlobal, regional, həm də regionlar arası əməkdaşlıq və beynəlxalq münasibətlərin faydalı şəkildə qurulması sahəsində yeni uğurlara imza atmağa davam edir. Regional əməkdaşlıq və tərəfdaşlıqda Gürcüstan ilə qurulan münasibətlər bu baxımdan xüsusilə faydalıdır. Cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən birgə bəyanat, dövlətlərimiz arasında strateji xarakter daşıyan münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu səfər, dəyişən regional və qlobal geosiyasi kontekstdə, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və…
Daha çoxSabah hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Daha çoxAMB “PulPal”a məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC elektron pul təşkilatına məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “PulPal”da plandankənar, yerində yoxlama zamanı yoxlayıcı lazımi texniki imkanlarla təmin edilməyib, aparılmış əməliyyatlar haqqında dolğun məlumatlar təqdim olunmayıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “PulPal”a münasibətdə təshih tədbirləri tətbiq edilib.
Daha çoxCeyhun Bayramov Sloveniya XİN rəhbərini qarşılayıb
Ceyhun Bayramov Sloveniya XİN rəhbərini qarşılayıb
Daha çoxTbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş başlayıb
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında üçtərəfli görüş keçirilir. SİA xəbər verir ki, bu barədə “İmedi news” məlumat yayıb. Məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb. Görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.
Daha çox“Düşüncələr və vərdişlər arasında tam bir əlaqə var”
“İnsan düşündükcə beynində neyronlar arasında elektrik impulsları yaranır və bu impulslar sinapslar vasitəsilə məlumat ötürülməsini təmin edir. Müəyyən düşüncələr tez-tez təkrarlananda bu neyron yolları daha da güclənir. Elmdə bu “neyronal plastiklik” adlanır. Yəni, beyin özünü dəyişdirə və uyğunlaşdıra bilir. Məsələn, bir insan daim neqativ düşünürsə, beynində neqativliklə bağlı neyron yollar daha da möhkəmlənir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. O bildirib ki, eyni cür düşünmək, eyni davranmaq və eyni duyğular yaşamaq insanı dəyişdirə bilər: “Ancaq bu dəyişiklik hər zaman müsbət olmur. Daim eyni…
Daha çoxÖdənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadları aradan qaldırır. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub. Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb. Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yol ilə paytaxt istiqamətində hərəkət…
Daha çoxTəyyarədə dovşan XƏBƏRDARLIĞI
ABŞ-da Denverdən Edmontona uçan sərnişin təyyarəsinin mühərrikinə dovşan girib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mühərriki alovlanandan sonra təyyarə təcili eniş edib. ABŞ-da Denverdən Edmontona uçan “United Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsinin mühərriklərindən birinə dovşan girib. Təyyarənin sağ qanadındakı mühərriklərdən biri havaya qalxdıqdan az sonra yanıb. Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb. Bildirilib ki, pilot qülləyə dovşanın iki nömrəli mühərrikə girdiyini bildirib. Dovşanın…
Daha çoxAzərbaycan Mərkəzi Bankına “myGov” üzərindən müraciət etmək imkanı yaradılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “myGov” platformasında (my.gov.az) vətəndaşlara xidmət göstərən qurumların siyahısına əlavə olunub, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanı yaradılıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik “myGov” vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır. Artıq vətəndaşlar “myGov”da müvafiq siyahıdan AMB-ni seçməklə, müraciətlərini onlayn qaydada quruma ünvanlaya bilərlər. Vətəndaşlara müraciətlərini AMB-nin veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə…
Daha çox