4SİM auditor seçib


İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 38 manatdır.

Iddiaçılar təkliflərini mayın 12-nə qədər 4SİM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 8 min manat ödənilib.

Əlaqəli Xəbərlər