Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndi şəhərinə səfəri başa çatıb. SİA xəbər verir ki, onlar, ilk növbədə, Qarabağ Universiteti ilə tanış olublar.
Burada Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tərəfindən görülən işlər barədə ətraflı məlumatlandırılıblar.
Daha sonra Qarabağ Universitetinin İncəsənət fakültəsində onlar üçün tələbə və müəllimlər tərəfindən hazırlanmış bədii proqramı izləyiblər.
Diplomatlar sonda Xankəndi şəhərinin mərkəzini ziyarət edərək burada xatirə fotosu çəkdiriblər.
Qonaqlar Xankəndidən Şuşa şəhərinə yola düşəcəklər.