Bayden spiker olmağa qərar verdi


ABŞ-nin keçmiş prezidenti Co Bayden tədbirlərdə çıxış etmək üçün 300 min dollar istəyir. SİA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Nəşr qeyd edir ki, Bayden spiker kimi işləmək istəyir, lakin hələki ona çox tələbat olmayıb. Məlumata görə, keçmiş prezident fevralın əvvəlindən Yaradıcı Rəssamlar Agentliyi tərəfindən təmsil olunur. Bayden hər hansı tədbirdə çıxış üçün səyahət edərsə, şəxsi təyyarə və beş işçinin xərclərinin də qarşılanacağı deyilir.

Qeyd edək ki, ABŞ-nin 44-cü prezidenti Barak Obamanın 2017-ci ildə Ağ Ev rəhbəri postundan getdikdən sonra tədbirlərdə çıxışının qiyməti 400 min dollar olub.

Əlaqəli Xəbərlər