Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə yayımı həyata keçirilən Rusiya telekanallarının sayının azaldılmasının zəruriliyini bəyan edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əgər biz vaxtilə Rusiyaya dövlət multipleksində tezliklər verməsəydik, münasibətlərimizdə belə gərginlik olmazdı. İndi Fransa tərəfi tezlik istəyir. Hesab edirəm ki, ictimai multipleksimizdə xarici telekanalların iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır”, – o qeyd edib.
Ermənistanda ictimai multipleks vasitəsilə xaricdən yalnız Rusiyaya məxsus telekanalların yayımı həyata keçirilir.