Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları”nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin əvvəlində nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib. Səfər…

Daha çox

İraqda qum fırtınası səbəbindən yaralananların sayı 3700-ə çatıb

İraqda bir neçə gündür davam edən qum fırtınası minlərlə insanın sağlamlığında ciddi problemlərə səbəb olub. SİA ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 3700-dən çox şəxs tənəffüs yolu xəstəlikləri ilə tibb müəssisələrinə yerləşdirilib. Bağdad xəstəxanalarına 1014 nəfər yerləşdirilib. Xeyli sayda zərərçəkən cənubdakı əl-Mutanna vilayətində də qeydə alınıb, burada 874 nəfərə tibbi yardım göstərilib. “Bazar ertəsindən etibarən Bağdad və digər vilayətlərdəki xəstəxanalara azı 3747 nəfər yerləşdirilib”, – deyə nazirliyin rəsmisi Səif əl-Bədr məlumat verib. Onun sözlərinə görə, tibb müəssisələrinə müraciət edənlərin sayı arta bilər. İraq rəsmilərinin verdiyi məlumata əsasən, güclü qum…

Daha çox

Hərbi təhsil üzrə mütəxəssislərin işçi görüşü keçirilib

Minsk şəhərində Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq keçirilən görüşün məqsədi Belarus Respublikasının hərbi təhsil müəssisələrində hərbi mütəxəssislərin hazırlanması məsələlərinin öyrənilməsi və müvafiq sahədə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsidir. Belarus Hərbi Akademiyasında olan Azərbaycan Mili Müdafiə Universitetinin nümayəndə heyəti burada elmi nailiyyətlər sərgisi ilə tanış olub. Belarusun hərb tarixi və İkinci Dünya müharibəsi muzeyi ilə tanışlıqdan sonra hər iki ölkə mütəxəssislərinin iştirakı ilə işçi görüşü keçirilib, təhsillə…

Daha çox

Cinayətkar ermınilərin məhkəməsi davam etdirilib….

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…

Daha çox

Çin Kremldən yalnız sərfəli və ucuz olanı alır, qalan hər şeyi rədd edir..?

Çin Rusiyanın milyardlıq layihəsinə xaç, yəni ruslar demiş “krest” qoyur… …Kremlin daha bir qaz layihəsi iflasa uğradı: Çin, itirilmiş Avropa bazarını hansısa yolla kompensasiya etmək üçün Moskvanın təklif etdiyi Qazaxıstan ərazisindən yeni boru kəmərinin çəkilməsi ideyasını rədd etdi. SİA-nın məlumatına görə, bu barədə Dialoq.UA yazır. “Sərhədsiz tərəfdaşlıq” haqqında bütün söhbətlərə baxmayaraq, Pekin ardıcıl olaraq Kremldən üz döndərib. Çin yenə “yox” dedi və Moskvanın 2024-cü ilin payızında sevinclə elan etdiyi qazın Qazaxıstan üzərindən Rusiyadan tədarükü layihəsi Pekin tərəfindən rəsmən rədd edildi. Çinin Rusiyadakı səfiri Çjan Xanuey…

Daha çox

Pasxa yeməklərində İslamda qadağan olunmuş maddələr yoxdur…

Çelyabinsk imamı müsəlmanların yumurta rəngləyib Pasxa tortları yeyə biləcəyindən danışır …Deməli, bazar günü, aprelin 20-də pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər. Bu gün bir çox insanlar bir-birinə hədiyyələr verirlər. Təbii ki, Rusiyada yaşayan müsəlmanlar da tez-tez pravoslav dostlarından hədiyyələr alırlar. (…xatırlayıram o vaxtlar elə Azərbaycanda da Pasxa bayramında xristianlar azərbaycanlı qonşularına bayram sovqatı verərdi-A.B.) SİA-nın məlumatına görə, Chelyabinsk-online 74.ru xəbər verir ki, Çelyabinsk kafedral məscidinin imamı Süleyman İlyasov müsəlmanların Pasxa şirniyyatlarını qəbul edib yeyə bilməsi ilə bağlı suala aydınlıq gətirib. İmamın fikrincə, hədiyyə…

Daha çox

Sloveniya Baş nazirinin müavini Bakıda Şəhidlərin xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib. SİA xəbər verir ki, Tanya Fayo əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.

Daha çox

“Trampın Rusiya ilə bağlı mövqeyi dəyişəcək”..?

Tramp Rusiya ilə münasibətləri bərpa etməkdə kommersiya üstünlükləri görür. …Rusiyanın hərəkətləri, xüsusən də Rusiya Silahlı Qüvvələrinin Sumı şəhərinə endirdiyi zərbələr Vladimir Putinə “danışıqların birinci raundunda uduzan” Amerika prezidenti Donald Trampın səriştəsizliyinin nəticələri idi. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu polşalı general Valdemar Skşipçak deyib. Onun sözlərinə görə, Moskvanın hərəkətləri guya Ağ Ev üçün növbəti dərs olub. Hərbçi ümid edir ki, Vaşinqton indi Rusiyanı daha yaxşı tanıyır və nə gözlədiyini bilir. …Skşipçak əlavə edib ki, Trampın mövqeyi dəyişəcək və o, təhdidlərdən istifadə edərək daha qətiyyətli davranmağa…

Daha çox

“İtirilən hər gün Ermənistan üçün böyük itkilərdir”

“Ermənistanın Azərbaycanla gələcək münasibətləri və sülh müqaviləsi ilə bağlı mövqeyi çox ziddiyyətlidir. Cənab Prezidentimiz ADA Universitetində forumda çıxışında bildirdi ki, həm müxalifətin, həm də iqtidarın mövqeyi təqribən eynidir. Onlar bir tərəfdən Qarabağ məsələsinin bitdiyini, Azərbaycanın güc olaraq öz hüquqlarını müdafiə etməyi bacardığını görürlər, digər tərəfdən isə bacardıqları qədər, indi olmasa da, sonrakı dövrlər üçün Azərbaycana qarşı iddialarını rəsmiləşdirmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, əlbəttə ki, eyni zamanda iki stolda oturmaq olmaz: “Amma Ermənistan bunu etməyə çalışır. Bir tərəfdən Ermənistan rəsmiləri sülh müqaviləsinin…

Daha çox

“ABŞ zaman və məkanı idarə etmək üçün texnologiyaya malikdir”..?

Ağ Ev elmi tərəqqinin yeni dövrünü elan edib… …ABŞ-da “zamanı və məkanı manipulyasiya etmək” texnologiyaları var. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu sözləri Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru və Trampın texnologiya müşaviri Maykl Kratsios Endless Frontiers Retreat konfransındakı çıxışında deyib. Ağ Evin saytı onun çıxışının stenoqramını təqdim edir. Kratsios öz çıxışında elmi-texniki tərəqqini tənzimləyən çoxsaylı qayda və məhdudiyyətləri tənqid edib. Xüsusilə, o, elektrik enerjisinin heç vaxt pulsuz olmadığından, hava sürəti rekordunun 1967-ci ildən bəri yenilənməməsindən və Amerika dəmir…

Daha çox