İki qonşu ölkənin birliyinin töhfəsi: SABİTLİK VƏ İNKİŞAF

İki qonşu ölkənin, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinin dərin tarixi kökləri olduğu bəllidir. Ölkələrim arasında çox yaxşı, çox mehriban münasibətlər hələ bundan öncə də olub və dəfələrlə öz bəhrəsini də verib, yenə də öz bəhrəsini verməkdədir. Xüsusən də, enerji və nəqliyyat tranziti sahəsində birgə təşəbbüslər göz önündədir. Unutmaq lazım deyil ki, əvvəla, məhz həmin tranzitin, sinerjinin Cənubi Qafqaz regionunu beynəlxalq biznes üçün açıq effektiv biznes platformasına çevirməsi təkzibedilməzdir. Digər tərəfdən də, nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan və Gürcüstan olmaqla, bu iki qonşu ölkə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük…

Daha çox

Rusiya Halal Sənaye Assosiasiyasının yaradılması təklif edilir…

…Tatarıstan Respublikasının Müsəlman Ruhani İdarəsi Rusiyanın Halal Sənayesi Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Yeni qurumun yaradılmasına səbəb kimi bunlar göstərilib: -qeyri-müsəlman təşkilatlarının halal məhsulların sertifikatlaşdırılması bazarında mövqeyinin gücləndirilməsi, – milli halal standartı ilə məşğul olan vahid qurumun olmaması, -regional Müsəlman Ruhani İdarələri nəzdində müxtəlif qurumlar tərəfindən verilmiş halal sertifikatlarının qarşılıqlı tanınması üçün aydın mexanizmin olmaması. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir. Hazırda ölkədə 40-dan çox könüllü sertifikatlaşdırma sistemi fəaliyyət göstərir. Təəssüf ki, bəzi strukturlar lazımi nəzarət olmadan sertifikatlar verirlər. Tatarıstan xaricə halal məhsulların tədarükünü fəal…

Daha çox

Azərbaycan və Serbiya Hərbi Hava qüvvələrinin komandanları görüşüb

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə qonaqları salamlayan general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar. Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə…

Daha çox

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 22-də keçiriləcək. SİA xəbər verir ki, toplantının gündəliyinə 12 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi 3. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü…

Daha çox

ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində yerləşən Florida Dövlət Universitetində atışma olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər isə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir. Atışmanı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, lakin kimliyi açıqlanmır. Baş vermiş insidenti araşdırmaq üçün Federal Təhqiqatlar Bürosu da işə cəlb olunub. Universitetdə tədris dayandırılıb.

Daha çox