Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

Mayın 2-dən 4-dək İçərişəhərdə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verilib. SİA xəbər verir ki, “Azərxalça” ASC-dən bildirilib ki, üç gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs bakucarpetfest.az saytından festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, mayın 2-də baş tutacaq Beynəlxalq Xalça Formuna da qeydiyyatdan keçə bilər. Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək. Plenar sessiyalar,…

Daha çox

Azərbaycanda tranzit ödənişləri digər ölkələrlə müqayisədə daha aşağıdır

Azərbaycanda tranzit ödənişləri digər ölkələrlə müqayisədə daha aşağıdır. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tənzimləmə idarəsinin rəisi Cəfər Quluzadə “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib. “Tranzit ödənişləri hətta qonşu Gürcüstanla müqayisədə də daha aşağıdır. Azərbaycanın tranzit hab kimi mövqeyi kifayət qədər güclüdür. Ələt qovşağı vasitəsilə yükdaşımaların artması da bunun bariz nümunəsidir”, – deyə o vurğulayıb. C Quluzadənin sözlərinə görə, tranzit sahəsində inkişaf dinamik bir prosesdir: “Tranzit prosedurları sadələşdirildikdən sonra bu sahədə işlər dayandırılmamalıdır. Çünki dünyada qloballaşma sürətlənir, məhsulların ixrac həcmləri isə durmadan artır”.

Daha çox

Cənubi Qafqazda sülh gündəmi

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin görüşü nə vəd edir? Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri Laşa Darsaliya, Elnur Məmmədov və Vahan Kostanyan Cənubi Qafqazın inkişaf perspektivlərini müzakirə etmək üçün Tbilisidə görüşüblər. Son zamanlar üç ölkənin hakimiyyətləri regionda sülhün bərqərar olması üçün daha çox səy göstərməyə başlayıblar. Onların bunun üçün bir neçə səbəbi var ki, bu da yalnız hər bir ölkənin, xalqların rifahı ilə bağlıdır. Görüşün məqsədi ölkələr arasında qarşılıqlı faydalı praktiki üçtərəfli əməkdaşlığın inkişafına daha da töhfə verəcək və son nəticədə regionun firavanlığına, sabitliyinə və davamlı inkişafına…

Daha çox

“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib

Aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarix Yerlər Gününə həsr olunmuş “Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində “Mədəni irsimiz: dünən bu gün. Qarabağ abidələri” mövzusunda fotosərgi ilə tanış oldular. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Mərkəzin baş fon mühafizi Nigar Həsənova açaraq Azərbaycan xalqının zəngin tarix-mədəni irsini qorumasının və təbliğinin əhəmiyyətindən,…

Daha çox

Dəmir yolunda tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb

İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir. Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) SİA-ya bildirilib ki, Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 faizi, tikinti-quraşdırma işlərinin isə 63 faizi tamamlanıb. Uzunluğu 110,4 kilometr olan dəmiryol xəttinin ox üzrə 75,6 kilometr hissəsi (yan yollarla birlikdə 87 kilometr) tamamlanıb, uzun ölçülü relslərin 65,6 kilometri quraşdırılıb. Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır. Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə…

Daha çox

Prezident Pasxa bayramı münasibətilə Azərbaycan xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, dövlətimizin başçısı məktubunda zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik hallarının olmadığını, etnomədəni müxtəlifliyin günümüzədək qorunub saxlanıldığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir. “Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı…

Daha çox

Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək

Mayın 23-24-də Bakıda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. SİA xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil ediləcək tədbir Maliyyə Monitorinqi Xidməti ilə birgə, ölkə Prezidentinin 11 fevral 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun baş tutacaq. Tədbirdə Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, İsrail, Pakistan və Latviya kimi ölkələrin audit və mühasibatlıq qurumlarının rəhbərləri, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə…

Daha çox

“Narsistlik şəxsiyyət pozuntusudur”

“Narsizm bir xarakter xüsusiyyəti kimi yüngül formada olsa da, əgər patoloji səviyyədədirsə, bu artıq şəxsiyyət pozuntusu hesab olunur. Narsist insanlar kimlərdir? Özünü hər kəsdən üstün görən, özünü həddindən artıq dəyərləndirən, başqalarının hiss və duyğularını nəzərə almayan, empati hissi olmayan və başqalarını öz məqsədlərinə uyğun istifadə edən şəxslərdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, narsizm müxtəlif səbəblərdən yarana bilər: “Birinci səbəb ondan ibarətdir ki, ailədə uşaq körpəlikdən həddən artıq təriflənir. Bu, gələcəkdə onun narsist olmasına səbəb ola bilər. İkinci səbəb isə odur ki, uşaq heç təriflənmir,…

Daha çox