Naxçıvanda indiyə qədər 3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata gör., təkcə bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ isə ötən ilin eyni dövrünə nisbətən 15,6 % artaraq 369 min manat olub.

Daha çox

Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib

Ermənistan işğal dövründə Azərbaycanın təbii sərvətlərini talan edib. SİA xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib. O qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı ciddi müharibə cinayətləri törədib: “Həmin dövrdə mövcud infrastruktur baxımsız qalıb, meşələr qırılıb, sular çirkləndirilib, təbii sərvətlər talan edilib. Azərbaycan xalqına məxsus dini-mədəni abidələr dağıdılıb, tarixi abidələrimiz saxtalaşdırılıb, qəbirlər dağıdılıb”. Xüsusi nümayəndə vurğulayıb ki, Azərbaycan əraziləri işğaldan azad etdikdən sonra burada qalan Ermənistan vətəndaşlarının bütün ehtiyaclarını…

Daha çox

44 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 44 uşaq himayədar ailəyə verilib. SİA xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib. Himayədar ailələrə verilən uşaqlardan 16-sı oğlan, 28-i qızdır.…

Daha çox

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. “Yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Qazaxıstanlı hərbçilər Azərbaycan komandolarının kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər

Azərbaycanda səfərdə olan Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib. Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən…

Daha çox

Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Aprelin 18-də Baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Baş prokurorluğun və Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. Əvvəlcə inzibati binada Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub. Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar. Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin…

Daha çox

Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək

Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellektin tətbiqi ilə bağlı işlərə başlanılıb. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, gömrük sahəsində süni intellektin tətbiqi sərhədkeçmə, qeydiyyat prosesinin sürətləndirilməsinə səbəb olacaq: “Süni intellektin tətbiqi bizə böyük üstünlüklər qazandırır. Buraya müəyyən analizlərin aparılması, proseslərin sürətləndirilməsi daxildir. Sərhədkeçmə prosesinin sürətli olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”. O bildirib ki, insan əməyi ilə bu prosesi bir səviyyəyə qədər həyata keçirmək mümkün olur: “Amma süni…

Daha çox

“Antalya Diplomatik Forumu Azərbaycanın öz baxışlarını ifadə etdiyi bir forumdur”

“Antalya Diplomatik Forumu çox önəmli bir forumdur. Bu demək olar ki, hər il ənənə halını almış dünyanın önəmli siyasi liderlərinin, beyin mərkəzlərinin rəhbərlərinin və önəmli diskussiya qruplarının maraq göstərdiyi bir forumdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Antalya Diplomatik Forumunda dünyanı narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi və diskussiyalar aparılır: “Bu da daha nizamlı, daha ədalətli qlobal münasibətlər sisteminin formalaşması üçün vacib əhəmiyyətə malikdir. Əlbəttə ki, Antalya Diplomatiya Forumunda xüsusən Azərbaycan Respublikasının mövqelərinə və cənab Prezident İlham Əliyevin fikrlərinə böyük maraq mövcud idi. Çünki…

Daha çox

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb

“YAŞAT” Fondunun təşkilatçılığı ilə aprelin 18-də şəhid övladları üçün 1-ci intellektual marafonu start götürüb. Bu barədə SİA-ya Fonddan məlumat verilib. Bildirilib ki, 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladının cəlb olunduğu layihə aprelin 20-dək davam edəcək. Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır. Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək. Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.

Daha çox

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “32 il əvvəl, 1993-cü il aprelin 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 dinc azərbaycanlı kənd işğal edildikdən sonra 18 gün ərzində sığınacaq axtardıqları dağ mağaralarında aşkar edilərək vəhşicəsinə qətlə yetirilib. 14 nəfər isə girov götürülüb. Bu qətliam Ermənistanın azərbaycanlıları öz ata-baba yurdlarından qovmağa və ərazi iddialarını irəli sürməyə yönəlmiş uzunmüddətli etnik təmizləmə, terror və təcavüz siyasətinin tərkib hissəsi idi. Biz Başlıbel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad edirik…

Daha çox