Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,54% azalaraq 3 328,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1,53% azalaraq 32,78 ABŞ dollarına bərabər olub.

Daha çox

Son müsabiqədə QHT-lərin təqdim etdikləri layihələrin sayında rekord qeydə alınıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3 min 965 layihə təklifinə baxılıb, onlardan 2 min 214-ü maliyyələşdirilib. SİA xəbər verir ki, bunu Agentliyin İcraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib. O qeyd edib ki, ötən dörd il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib: “Son dörd ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb”. İcraçı direktor…

Daha çox

“Yol polisi pozuntunu aşkar edirsə,…”

“Yol polisi hadisəni, pozuntunu aşkar edirsə, bunu sürücüyə sübut etməyə məcbur deyil”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. Onun sözlərinə görə, o aşkar etdiyi pozuntunu müvafiq qaydada, yəni qanunda nəzərdə tutulmuş formada rəsmiləşdirməli və bununla bağlı hadisənin ağırlıq dərəcəsinə uyğun olaraq ya özü tərəfindən qərar qəbul edilməli, ya da ki başqa orqana, qərar qəbul edilməsi üçün məhkəməyə göndərməlidir: “Yaxud da, pozuntu ilə bağlı, cinayət faktı varsa, müvafiq araşdırmanın aparılması üçün müvafiq quruma göndərməlidir. Onun səlahiyyəti sübut etmək deyil, daha doğrusu, rəsmiləşdirməkdən ibarətdir. Əgər həmin şəxs yol…

Daha çox

Azərbaycanda Milli Etalon Vaxtı yaradılır

Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə start verilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Metrologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, hazırda ölkədə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması – yəni vaxt sinxronizasiyası – müxtəlif xarici mənbələr və üsullar vasitəsilə həyata keçirilir. Bu isə xarici sistemlərə asılılığın artmasına və daha dəqiq sinxronizasiyanın çətinləşməsinə səbəb olur. Nəticədə maliyyə, logistika, kommunikasiya və digər sahələrdə müxtəlif texniki maneələrin yaranması riski artır. Azərbaycan Metrologiya İnstitutu bu sahədə mühüm addımlar atıb. Belə ki, Prezidentin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022–2026-cı illərdə…

Daha çox

Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək

Bakıda aprelin 28-də Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. SİA xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib. A.Əliyeva bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək. O həmçinin xatırladıb ki, Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb: “Bu ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək…

Daha çox

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manatlıq investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti tərəfindən 30 milyon manatlıq investisiya qoyulub. SİA xəbər verir ki, bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib. E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: “Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq”. Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda Xankəndi hava limanının inşası davam edir: “Həmçinin burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, hava limanı inşa edilir, müasir SES…

Daha çox

QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elektron xidmətlər portalı çərçivəsində bir neçə vacib proqram təminatı məhsulu fəaliyyət göstərir, QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır. SİA xəbər verir ki, bunu Agentliyin informasiya kommunikasiya məsələləri üzrə meneceri Fatimə Əbdüləzimova qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib. O qeyd edib ki, qarşıdakı dövrdə elektron portalda plagiat layihələrin daha çevik aşkarlanması, layihələrin icrası dövründə monitorinq və nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün əlavə funksiyalar işə düşəcək. Agentliyin departament müdiri Elnur Bağırlı isə hesabat dövründə 5 dəfə QHT-lərin…

Daha çox

Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi baş tutub. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib. Müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. İştirakçılar Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində işləyiblər. Müsabiqənin final mərhələsində yarışmaya vəsiqə qazanmış 4 komanda hazırladıqları biznes həllərini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə nəticəsində birinci yerin qalibi Team 16 (ADA Universiteti) komandası elan edilib. İkinci yerin sahibi Team…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.33% – 39,142.23 bəndədək, Nasdaq indeksi 0.13% – 16,286.45 bəndədək azalıb, S&P 500 indeksi isə 0.13% – 5,282.70 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 16-də FTSE 100 indeksi 0.001% – 8,275.66 bəndədək artıb, Fransanın CAC-40 indeksi 0.60% – 7,285.86 bəndədək, Almaniyanın DAX indeksi isə 0.49% – 21,205.86 bəndədək enib. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.06% artaraq 1.1372 dollar təşkil edib.

Daha çox

“Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib”

“Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilk xarici səfərini aprelin 15-də Azərbaycana etdi. Aprelin 16-da Prezident İlham Əliyev gürcüstanlı həmkarını qəbul etdi və liderlər arasında təkbətək görüş oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib. Əvvəlcə deyim ki, Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünə hörmət edir. Kavelaşvili Prezident İlham Əliyevlə mətbuata bəyanatında bu məsələyə toxunaraq “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab…

Daha çox