…Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkə tarixində ilk dəfə bir qadının “F-16” qırıcı pilotu olduğunu açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, indiyədək Polşa Hərbi Hava Qüvvələrində “F-16” döyüş təyyarəsinin idarə edilməsində yalnız kişilər oturub.
İndi bu, dəyişir, ilk qadın bu təyyarələri idarə edən elit pilotlar qrupuna qoşulur.
Qadının adı təhlükəsizlik səbəbi ilə açıqlanmır.
…Hərbi Hava Qüvvələrimiz və bütün Polşa Silahlı Qüvvələri üçün vacib xəbər – ilk qadın “F-16” pilotu oldu!
Laskidəki 32-ci Taktiki Hava Bazasında qadın zabit xidmət edir. O, ABŞ-da təlim keçib və artıq bizim qırıcılarımızı idarə edə bilir. Səmimi təbrik edirəm!
Bunu Kosinyak-Kamış yazıb.
O əlavə edib ki, daha bir qadın pilot Kşesinydəki 31-ci bazada təlim keçir.
Əli Babayev