Yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllıda ekzogen-geoloji proseslərdə nisbi aktivlik olub. Bu barədə SİA-ya Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitindən sonra bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu stabil xarakterlidir.
Ə.Əliyev qeyd edib ki, intensiv yağıntılar səbəbindən Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində ekzogen-geoloji proseslərin nisbi aktivliyi qeydə alınıb ki, bu da bilavasitə mövsümi xarakterli iqlim faktorları ilə əlaqəlidir.
O əlavə edib ki, hazırda Agentliyin mütəxəssisləri aidiyyəti qurumlarla proseslərin inkişaf dinamikasını qiymətləndirir.