Rusiya Halal Sənaye Assosiasiyasının yaradılması təklif edilir…


…Tatarıstan Respublikasının Müsəlman Ruhani İdarəsi Rusiyanın Halal Sənayesi Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Yeni qurumun yaradılmasına səbəb kimi bunlar göstərilib:

-qeyri-müsəlman təşkilatlarının halal məhsulların sertifikatlaşdırılması bazarında mövqeyinin gücləndirilməsi,

– milli halal standartı ilə məşğul olan vahid qurumun olmaması,

-regional Müsəlman Ruhani İdarələri nəzdində müxtəlif qurumlar tərəfindən verilmiş halal sertifikatlarının qarşılıqlı tanınması üçün aydın mexanizmin olmaması.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.

Hazırda ölkədə 40-dan çox könüllü sertifikatlaşdırma sistemi fəaliyyət göstərir. Təəssüf ki, bəzi strukturlar lazımi nəzarət olmadan sertifikatlar verirlər.

Tatarıstan xaricə halal məhsulların tədarükünü fəal şəkildə inkişaf etdirir.

Belə ki, Tatarıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin məlumatına görə, 2024-cü ildə ixracın həcmi 14 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,5 milyon dollar çoxdur.

Halal məhsulların ixracı üçün onların tədarükü planlaşdırılan ölkənin respublikada verilmiş halal sertifikatını tanıması son dərəcə vacibdir.

Bu barədə RBC-yə Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini German Lerner məlumat verib.

Tatarıstan Müsəlmanları Ruhani İdarəsi bildirir ki, Rusiyanın Vahid Halal Sənayesi Assosiasiyasının yaradılması Rusiyanın halal sertifikatlarının müsəlman ölkələrində tanınmasını asanlaşdıracaq və bu, ixracın artmasına töhfə verəcək.

Əli Babayev

Əlaqəli Xəbərlər