Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevlə Samux rayonunun Qovlarsan kəndində keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, M.Mehdiyevin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, qazilər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.