Zelenski Vitkoffu sərt tənqid etdi


Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff danışıqlar zamanı Rusiya tərəfinin strategiyasını qəbul edib”. SİA UNIAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı Donald Trampın xüsusi nümayəndəsinin müharibə ilə bağlı son açıqlamalarını şərh edərkən deyib.

Onun fikrincə, belə taktikalar çox təhlükəlidir, çünki Vitkoff rus rəvayətlərini yayır:

“Mən onun Ukrayna ərazilərini müzakirə etmək mandatını görmürəm, çünki ərazilər bizim xalqımıza məxsusdur. Ona görə də onun nədən danışdığını ümumiyyətlə başa düşmürəm. Hamımız bunu eşitmişik, amma bu, Putinin cəfəngiyyatıdır. Düşünmürdüm ki, onun bu rəvayətlərini başqa sivil ölkələrdə yaymağa davam edəcək düzgün adamları var”, – Zelenski qeyd edib.

Xatırladaq ki, Vitkoff Kreml lideri Putinlə son görüşündən sonra Rusiya və Ukrayna arasında potensial sülh sazişinin “beş əraziyə” aid olacağını bildirmişdi.

Qeyd edək ki, Moskva Kiyevdən qoşunlarını Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətləri ərazisindən tamamilə çıxarmağı, həmçinin Krımı “Rusiya” kimi tanımasını tələb edir.

Bundan əlavə, Vitkoff Putinlə görüşü zamanı əlini sıxmazdan əvvəl əlini ürəyinin üzərinə qoyub. Bu jest mediada və cəmiyyətdə ciddi rezonans doğurub.

Əlaqəli Xəbərlər