Kazanda tatar geyimi günü keçirilib…


…Tatarıstanın paytaxtında tatar milli geyiminə həsr olunmuş təntənəli məclis keçirilib. Tədbirdə respublikanın hər yerindən sənətkar, abıştay və dizayner qadınları bir araya gətirərək tatar geyim mədəniyyətinin ənənələrini və müasir tendensiyalarını müzakirə ediblər.

SİA-nın məlumatına görə, geyimin mənəvi öyüd-nəsihət vasitəsi kimi əhəmiyyətini vurğulayan Tatarıstan müftisi Kamil Həzrətin çıxışı xüsusi diqqət çəkib.

…Geyim dağvatdır və başqalarına Allahı xatırlatmalıdır, – deyə müfti geyimin İslam normalarına uyğunluğundan danışıb.

Bayramın ideoloji ilhamçısı, Tatarıstan Respublikası Müsəlman Ruhani İdarəsinin və Tatarıstan Respublikası Müsəlman Qadınlar Birliyinin qadınlarla iş şöbəsinin müdiri Nailə Jiqanşina tatar geyimində adət-ənənələrlə müasirliyin əlaqəsindən danışıb.

Gecədə dizaynerlər və milli mədəniyyət biliciləri tatar irsinin zənginliyini və unikallığını nümayiş etdirərək öz əsərlərini təqdim ediblər.

Tədbir təkcə parlaq bayram deyil, həm də ənənəvi tatar geyiminin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində mühüm addım olub.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər