Nəzarətsiz qalan şamdan yanğın başlayıb…


…Moskvada Pasxa bayramı ərəfəsində evdə nəzarətsiz qalan şamdan yanğın başlayıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Moskva agentliyi öz Telegram kanalında məlumat yayıb.

Fövqəladə hadisə şənbə günü, aprelin 19-da Universitet prospektində yerləşən binada baş verib.

Sakinlər pravoslav bayramı ərəfəsində şam yandırıb, pəncərənin üstünə qoyub öz işləri ilə məşğul olublar.

Ev sahibləri evdə olmadıqda, nəzarətsiz qalan şam şamdanı və pəncərəni əridib.

Tüstü iyi alan qonşuların xilasediciləri çağırması sayəsində alovun ciddi şəkildə yayılmasının qarşısı alınıb.

Həmin gün səhər saatlarında şəhərin şərqində, Molostovıx küçəsində yanğın baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb; Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanan evdən 7 nəfəri xilas edə biliblər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər