Kazanda tatar geyimi günü keçirilib…

…Tatarıstanın paytaxtında tatar milli geyiminə həsr olunmuş təntənəli məclis keçirilib. Tədbirdə respublikanın hər yerindən sənətkar, abıştay və dizayner qadınları bir araya gətirərək tatar geyim mədəniyyətinin ənənələrini və müasir tendensiyalarını müzakirə ediblər. SİA-nın məlumatına görə, geyimin mənəvi öyüd-nəsihət vasitəsi kimi əhəmiyyətini vurğulayan Tatarıstan müftisi Kamil Həzrətin çıxışı xüsusi diqqət çəkib. …Geyim dağvatdır və başqalarına Allahı xatırlatmalıdır, – deyə müfti geyimin İslam normalarına uyğunluğundan danışıb. Bayramın ideoloji ilhamçısı, Tatarıstan Respublikası Müsəlman Ruhani İdarəsinin və Tatarıstan Respublikası Müsəlman Qadınlar Birliyinin qadınlarla iş şöbəsinin müdiri Nailə Jiqanşina tatar geyimində adət-ənənələrlə müasirliyin əlaqəsindən danışıb. Gecədə…

Daha çox

Azərbaycan Orta Dəhlizdə darboğazları aradan qaldırmağa başlayıb

Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib. “Layihənin icrası Bakı-Böyük Kəsik dəmir yolu xətti üzrə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) mövcud darboğazın aradan qaldırılması məqsədi daşıyır”, – ADY-dən bildirilib. Qeyd edək ki, TBNM-in inkişafı və səmərəliliyinin artırılması çərçivəsində bu günə kimi Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık-Moyıntı dəmir yolu hissəsində ikinci,…

Daha çox

Bakının əsas prospektlərindən birində təmir işlərinin bitəcəyi vaxt

Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılır. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. “Hazırda ərazidə təmizlənmə işləri həyata keçirilir. Növbəti mərhələdə isə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Qeyd edək…

Daha çox

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Bu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. AAYDA sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edit.

Daha çox

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə BƏƏ ilk dəfə lider olub

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950,1 milyonmanat​​​​​ vəsait yönəldilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur. Hesabat dövründə xarici investisiyaların 936,5 milyon manatı (98,7 %-i) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub. Mart ayında BƏƏ Azərbaycana yatırılan investisiyaların həcminə görə ilk dəfə olaraq birinci yerdə qərarlaşıb və 2025-ci ilin birinci rübündə Böyük Britaniyanı geridə qoyub. Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3…

Daha çox

KOBİA sahibkarların 27 “yaşıl layihə”sinə ayırdığı vəsaiti açıqlayıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların 27 “yaşıl layihə”sinə 450 min manatdan çox qrant ayırıb. SİA bu barədə KOBİA-ya istinadən xəbər verir. Məlumata görə, “yaşıl təşəbbüslər”in dəstəklənməsi çərçivəsində 10-dan çox KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bundan başqa, KOBİA “yaşıl İqtisadiyyat”a keçid çərçivəsində 250 təlim, 250-dən çox sahibkarın iştirakı ilə görüş və maarifləndirici tədbirlər, eləcə də 3 daxili bazar araşdıması aparılıb.

Daha çox

Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığı vermək üçün Alanyaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı ailəsini ziyarət edib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bayramov Çavuşoğlu ailəsinə başsağlığı vermək üçün bu gün Alanyaya gedib. Siyasətçinin ailəsini ziyarət etmək üçün Türkiyənin mədəniyyət naziri Mehmet Ersoy da daxil olmaqla bir çox rəsmilər, millət vəkilləri və dövlət qulluqçuları gəlib. Səfərdən sonra Ceyhun Bayramov yerli mediaya açıqlamasında Alanyaya çoxdankı dostu və qardaşı Mövlud Çavuşoğlunun dərdini bölüşmək üçün gəldiyini söyləyib. “Allah Osman Çavuşoğluya rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Azərbaycanda hamı…

Daha çox

Azərbaycanın BOKT-ı səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək

Mayın 22-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq. Yığıncağın gündəliyinə BOKT-un nizamnamə kapitalı, 2024-cü il maliyyə-təssərrüfatının yekunlarına dair kənar auditorun hesabatının müzakirəsi və digər məsələlər daxildir. Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Ramina Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil…

Daha çox

İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir. SİA-nın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O deyib ki, tərəflər bu razılığa qədər çox böyük müzakirələr aparıb: “Danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib. Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır. İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır. Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni Konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər. Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir”.

Daha çox

Ermənistanla birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir. SİA-nın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir: “Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir…

Daha çox