İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

“Baker Tilly Audit Azərbaycan” QSC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi xidməti ilə bağlı kotirovka sorğusunun qalibi olub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu xidmətlərin göstəriilməsi üçün “Baker Tilly Audit Azərbaycan”a 38 940 manat ödəniləcək. Xatırladaq ki, İZİA-nın 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi də “Baker Tilly Audit Azərbaycan” QSC olub və ona 34 220manat ödənilib.

Daha çox

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Zelenski onları “qara siyahı”ya saldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə müharibədə Rusiyaya açıq dəstək verən 20 rusiyalı mədəniyyət və idman xadimi ilə bağlı fərman imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar 10 il müddətinə tətbiq edilib və bu məhdudiyyətləri nəzərdə tutur: Ukraynanın dövlət mükafatlarından məhrumetmə, maliyyə aktivlərinin bloklanması, ticarət əməliyyatlarına qadağa və onların yaradıcılığının Ukrayna ərazisində yayılmasının tam olaraq məhdudlaşdırılması. Siyahıya adı daxil edilənlər: – İrina Apeksimova (teatr və kino aktrisası) – Eqor Konçalovski (kinorejissor) – Nikita Ciqurda (aktyor-şoumen) – Oskar Kuçera (aktyor-teleaparıcı) – Vitali Qoqunski (“Univer” serialında Kuzya obrazı ilə tanınan…

Daha çox

AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın enerji təhlükəsizliyinin səviyyəsinin artırılması üçün 104 milyon dollar kredit ayırıb. SİA xəbər verir ki, bu barədə AİB-nin yaydığı məlumata deyilir. Bildirilir ki, AİB “Enerjinin saxlanması və yaşıl hidrogen” layihəsi çərçivəsində Gürcüstanda özünün ilk enerji anbarını yaratmaq və ölkədə “yaşıl hidrogen”in inkişaf imkanlarını araşdırmaq niyyətindədir. Layihə Gürcüstanın elektrik sisteminin istehsal qabiliyyətini artıracaq və gücü 200 MVt/200MVt saat olan BESS tipli akkumulyator batareyaları hesabına enerji ehtiyatı yaratmağa imkan verəcək. Bunun üçün Tbilisinin Krtsanisi rayonu ərazisində yarımstansiyanın tikintisi nəzərdə tutulub.

Daha çox

Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər

Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. SİA Baş Nazirliyin ofisinə istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Birləşmiş Krallıq və ABŞ arasında davam edən məhsuldar ticarət danışıqlarını müzakirə ediblər. Baş nazir azad və açıq ticarətə sadiqliyini bir daha vurğulayıb, milli maraqların qorunmasının vacibliyini qeyd edib. Danışıq zamanı həmçinin, Ukraynadakı vəziyyət, İranla bağlı məsələlər və Yəməndə husilərə qarşı son hərbi tədbirlər də müzakirə olunub.

Daha çox

Post-prodakşn müsabiqəsinin qalibləri məlum olub

Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb. SİA xəbər verir ki, müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin Bədii Şurada qiymətləndirilməsi aparılıb və 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilib. Maliyyə dəstəyi ümumilikdə 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulub. Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır. Müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.

Daha çox

ABŞ-da veteranlar arasında intihar problemləri ilə bağlı qanun layihəsi hazırlanır

ABŞ Nümayəndələr Palatasının iki partiyalı qanunvericilər qrupu ABŞ Silahlı Qüvvələrinin veteranları arasında intiharların qarşısının alınması proqramlarını gücləndirməyə yönəlmiş qanun layihəsi üzərində işləyir. SİA xəbər verir ki, ABŞ Veteran İşləri Nazirliyi tərəfindən 2024-cü ilin dekabrında dərc olunmuş son Milli Hesabata əsasən, keçmiş əsgər və zabitlər hələ də ölkə üzrə ümumi intihar səviyyəsinin qeyri-proporsional dərəcədə böyük hissəsini təşkil edir. 2001–2022-ci illəri əhatə edən məlumatların təhlilinə əsasən (məlumatların mövcud olduğu son il – 2022-ci ildir), hesabatda qeyd olunur ki, ölkə üzrə qeydə alınmış 47 891 intihar halından 6407-si (13,3 faizi) veteranların payına düşür.…

Daha çox

Belçikalı iki gənc 5 min nadir qarışqanı Keniyadan çıxarmaqda təqsirləndirilir

Keniyada nadir qarışqa növlərini ölkədən çıxarmağa çalışan iki belçikalı gənc məhkəmə qarşısına çıxarılıb. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, onlar çox qiymətli “Messor Cephalotes” növündən 5 min ana qarışqanı ölkədən çıxarmağa çalışmaqda ittiham olunur. Qarışqaların ümumi dəyərinin 600 min avro olduğu bildirilir. Belçikalı gənclər aprelin əvvəlində Keniyada bir neçə milli parkın yerləşdiyi Nakuru bölgəsində həbs edilib. Onların qaldıqları evdə hər birinin içərisində qarışqaların səliqəli şəkildə saxlandığı 2244 şüşə aşkarlanıb. Belçikalı gənclər məhkəmədə qarışqaları əyləncə üçün yığdıqlarını və bunun qanunsuz olduğunu bilmədiklərini ifadə ediblər. Amma yerli qurumlar bu əməlin arxasında…

Daha çox