Putin Kiyevi Moskvadan nümunə götürməyə çağırıb


Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan etdikdən sonra Ukrayna ilə əlaqə saxlayıb.

O, Kiyevi Moskvadan nümunə götürməyə çağırıb

SİA-nın məlumatına görə, bu barədə TASS yazır.

…Qeyd edildiyi kimi, şənbə günü günortadan sonra, aprelin 19-da, Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə Rusiya lideri Ukrayna ilə Pasxa atəşi elan edib.

Rusiya lideri müvafiq qərarı humanitar mülahizələrə əsaslanaraq qəbul edib. Atəşkəs həmin gün axşam saat altıda başlayacaq və bazar ertəsi gecə saat 12-yə qədər davam edəcək.

Eyni zamanda, prezident Rusiya hərbçilərini Pasxa atəşkəsinin mümkün pozuntularını və düşmənin təxribatlarını dəf etməyə hazır olmağa çağırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər