“Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib”


Pasxa atəşkəsi aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-da başa çatacaq və Rusiya Prezidenti Vladimir Putin onun uzadılması ilə bağlı heç bir göstəriş verməyib.

SİA xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Putin Baş qərargah rəisi Valeri Gerasimovla görüşdə atəşkəs elan edib. Atəşkəs 19 aprel Moskva vaxtı ilə saat 18:00-dan 21 aprel Moskva vaxtı ilə 00:00-a qədər etibarlıdır – cəmi 30 saat.

Əlaqəli Xəbərlər