Qəzzada ölənlərin sayı 51 240 nəfərə çatıb


İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 51 min 240 nəfərə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrailin Qəzzada davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 39 nəfər ölüb, 62 yaralı xəstəxanalara çatdırılıb. Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1864 fələstinlinin həyatını itirdiyi, 4890 nəfərin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 240 nəfərə, yaralı sayının isə 116 min 931 nəfərə yüksəldiyi bildirilib. Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Əlaqəli Xəbərlər