…2025-ci ilin mayında Estoniya Ukraynadan olan qaçqınlara Tallinndə mənzil almaq üçün pul verməyi dayandıracaq.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ERR.ee portalına Respublika Sosial Sığorta Şurasının miqrasiya şöbəsinin rəhbəri Liis Paloots məlumat verib.
…İndi dəstək ilk növbədə beynəlxalq və ya müvəqqəti müdafiə üçün müraciət edənlərə, Estoniyada dəstək şəbəkəsi olmayanlara və dövlət mərkəzlərində yaşayanlara verilir, – deyə rəsmi bildirib.
O əlavə edib ki, ukraynalılar dəstəyi tamamilə itirməyəcək, lakin azalmağa davam edəcək.
Bundan əvvəl Estoniya “şübhəli gəmiləri” batırmaq hüququ haqqında qanun qəbul edib. Parlamentin müdafiə komissiyasının sədri Kalev Stoicesku bildirib ki, şübhəli gəminin heyəti batmazdan əvvəl təxliyə olunacaq.
Əli Babayev