Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib


Son bir həftə ərzində Fransanın müxtəlif şəhərlərində eyni vaxtda həbsxana obyektlərinə və penitensiar sistemi məmurlarına hücumlar davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, həbsxanalara hücumlar zamanı atəş açılıb, maşınlar yandırılıb və divarlara “DDPF” (Fransız Məhbusların Hüquqlarının Müdafiəsi) abreviaturası yazılıb.

Aprelin 21-dən 22-nə keçən gecə Izer şəhərində bir neçə şəxs benzin balonları ilə həbsxananın yaxınlığında həbs edilib. Bildirilir ki, gecə saat 2 radələrində Vars həbsxanasının 200 metrliyində polis yoxlaması zamanı üç nəfər saxlanılıb. İstintaq bu şəxslərin həbsxanaya hücum etmək niyyətində olub-olmadığını müəyyən etməlidir. Ədliyyə naziri isə bununla bağlı “Bir neçə hücumun qarşısı alınıb” – deyə “X” hesabında yazıb.

Ötən gecə yenə avtomobillər zədələnib, Kalvados Həbsxanaya İnteqrasiya və Probasiya Xidmətinin (SPIP) binası qarşısında həbsxana rəhbərliyinin beş avtomobili yandırılıb. İstintaq Kalvados idarələrarası məhkəmə polisi xidmətinə həvalə edilib. Uaz (Oise) departamentində də ötən gecə həbsxana məmurunun avtomobilinə “DDPF” sözləri sprey boya ilə yazılıb.

Xatırladaq ki, ötən həftə müntəzəm şəkildə eyni vaxtda Tulonda (Var), Vendin-le-Vieil (Pas-de-Kale), Condé-sur-Sarthe (Orne), eləcə də Eks-an –Provansda (Aix-Luynes) həbsxanalarına hücumlar edilib, atəş açılıb, avtomobillər yandırılıb. Həmçinin regional təhlükəsizlik qruplarının (Eris) qapısı hədəfə alınıb. Villepint (Seine-Saint-Denis) və Nanterre istintaq təcridxanalarında (Hauts-de-Seine) də avtomobillərə od vurulub.

Buş-dü-Ronda Taraskon həbsxanasının dayanacağında aprelin 15-dən 16-na keçən gecə üç avtomobil yandırılıb.

Sen-və-Marnda “Villenoy” həbsxana məmurunun yaşadığı binanın pilləkənində yanğın törədilib. Həmin binanın divarında “DDPF” yazısı da yazılıb.

Milli Terrorla Mübarizə Prokurorluğu, bir neçə həbsxananın avtomobil atəşinə və qraffitilərə məruz qalmasından, Toulondakı (Var) həbsxananın 14-dən 15-nə keçən gecə avtomat silahdan atəşə tutulmasından sonra istintaqı öz üzərinə götürdüyünü açıqlayıb.

Bu hərəkətləri hədə-qorxu cəhdləri kimi xarakterizə edən və bunu narkotik ticarətinə qarşı son tədbirlərlə əlaqələndirən ədliyyə naziri J.Darmanın “X” hesabında yazıb: “Respublika narkotik ticarəti ilə üz-üzədir və cinayət şəbəkələrini kökündən sıradan çıxaracaq tədbirlər görür”.

Əlaqəli Xəbərlər