Müsəlman ölkəsi ruslar üçün vizaları ləğv edib…


Rusiya və Oman qarşılıqlı olaraq iki ölkə vətəndaşları üçün viza rejimini ləğv ediblər.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Müvafiq saziş aprelin 22-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə məşhur müsəlman ölkəsinin sultanı Heysəm bin Tariq Əl Səid arasında aparılan danışıqlardan sonra imzalanıb.

Bundan əvvəl Putinin Moskvada Oman Sultanını qəbul etdiyi bildirilirdi.

Kreml bəyan edib ki, danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin-İsrail münaqişəsi, həmçinin Suriyadakı vəziyyət müzakirə olunub.

Görüş zamanı Putin sultana sinxron tərcümə üçün qulaqcıq taxmağa kömək edib və videoya çəkilib.

Əli Babayev

Əlaqəli Xəbərlər