Şahzadə Uilyam Papanın dəfn mərasimində iştirak edəcək

…xərçəngdən əziyyət çəkən atasının yerinə Şənbə günü Vatikanda Papa Fransiskin dəfn mərasimində xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzı oğlu Uels şahzadəsi Uilyam təmsil edəcək. SİA-nın məlumatına görə, bu qərarın səbəbləri açıqlanmır. …The Mirror öyrənib ki, Uels şahzadəsi Vatikanda atasını təmsil edəcək. Məlumatı Kensinqton Sarayı da təsdiqləyib. Roma Papası Müqəddəs Pyotr Bazilikasında üç gün qaldıqdan sonra dəfn ediləcək. O, bazar ertəsi, aprelin 21-də 88 yaşında vəfat edib. ABŞ prezidenti Donald Tramp da Romadakı yüksək vəzifəli şəxslərə qoşula bilər. Böyük Britaniya kralı Roma Papasının vəfatı…

Daha çox

İsraillə bütün məsələlərdə eyni tərəfdəyik

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. SIA-ın məlumatına görə, bu barədə Donald Tramp bildirib. O qeyd edib ki, tərəflər ticarət, İran və digər çoxsaylı mövzularla bağlı müzakirə aparıblar. “Telefon danışığı çox yaxşı keçdi. Biz bütün məsələlərdə eyni tərəfdəyik”, – deyə Tramp bildirib. Məlahət Nəcəfova

Daha çox

Türkiyədə mehmanxanalar qanun pozuntularına görə bağlanır…

…Türkiyədə turizm mövsümü ərəfəsində Bodrum, Marmaris, Fethiye və Dalaman kimi məşhur kurort bölgələrində otellərin bağlanması müşahidə olunur. SİA-nın məlumatına görə, yerli hakimiyyət orqanları yarım mindən çox mehmanxanaya baxış keçirib və nəticədə onlardan 247-si bağlanıb. Səbəb müfəttişlər tərəfindən aşkar edilmiş müəyyən edilmiş tələblərə əməl edilməməsi, xüsusən də sanitar normaların pozulması olub. Turizm Ajansi-nin məlumatına görə, daha 23 yerdə yoxlamalar davam edir. Hökumət rəsmiləri vurğulayırlar ki, ölkədəki mehmanxana fondunun əksəriyyəti mövcud sanitar qaydalara uyğundur. Nəşr qeyd edir ki, Egey sahillərindəki kurortlar ənənəvi olaraq britaniyalı turistlər arasında xüsusilə populyardır. Muğla əyaləti Böyük Britaniya…

Daha çox

Britaniya və Aİ arasında müdafiə sazişi imzalana bilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə post-Brexit dövründə mühüm müdafiə sazişi imzalamağa yaxındır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, Britaniya silah istehsalçıları Avropa müttəfiqlərinə milyardlarla funt sterlinq dəyərində silah satışı üçün Aİ-nin tenderlərinə qatılmaq hüququ qazanacaqlar. Saziş Avropa Komissiyasının təqdim etdiyi 150 milyard avroluq yeni müdafiə fondunu əhatə edir və bu fond çərçivəsində Aİ ölkələri artıq ABŞ deyil, daha çox Avropa istehsalçılarını dəstəkləməyi planlaşdırır. Bu razılaşma Britaniyanın Aİ-yə öz balıqçılıq sularına çıxışla bağlı böyük güzəştə getməsi fonunda əldə olunub. Tənqidçilər bu addımı “Brexit”ə…

Daha çox

Spirtli içkilər vitrinlərdən yığışdırıla bilər…

…Tatarıstan Dövlət Şurası mağazalarda spirtli içkilərin vizual nümayişinin məhdudlaşdırılması imkanını müzakirə edir. Deputat İldar Şamilov cəmiyyətdə alkoqolizmin qarşısının alınması məqsədilə müvafiq təşəbbüslə çıxış edib. SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti xəbər verir. …Dəyişikliklər alkoqollu içkilərin satış məntəqələrində nümayişinə görə cərimələr sistemini təqdim edir. …Deməli, vətəndaşlar üçün bu cərimə 5 min, vəzifəli şəxslər üçün – 50 min, hüquqi şəxslər üçün isə – 150 min rubla qədər olacaq. Qanun layihəsinin müəllifinin fikrincə, mağazada spirtli içkilər müştərilərin, o cümlədən azyaşlıların gözündən gizlədilməlidir. Bu məhsulları qeyri-şəffaf vitrinlərdə və şkaflarda saxlamaq tövsiyə olunur.…

Daha çox